Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19607
az

Məşhur mağazaya saxtakarlıq İDDİASI - Müştəriləri aldadır

18:2207 Noyabr, 2019
899
  • A
 
Bakı sakini məşhur brendi saxtakarlıqla günahlandırır.

Oxu24.com-un Primetime.az-a istinadən məlumatına görə, belə ki, Hüseynova Aybəniz Sahil qızı "Pandora" brendindən şikayətçidir. Bu barədə saytımıza açıqlama verən A.Hüsyenova bildirib ki, mağazanın "28 Mall"dakı filialından alınan qolbaq 3 gündən sonra rəngini dəyişməyə başlayıb:

“Əslində onu mən almamışam, hədiyyədir. 17 oktyabrda həmin mağazadan alınıb. Alınandan bir həftə sonra qolbağı taxdım, lakin 3 gündən sonra saralma olduğunu hiss elədim. Amma qolbağa ətir vurulmayıb, ya da su dəyməyib. O baxımdan mağaza ilə əlaqə saxlayıb məsələni dedim. Bildirdilər ki, ya ətir vurmusunuz, ya da çimmisiniz. Pandoranın məhsullarına nə vaxtdan su və ya ətir dəyəndə saralır? Daha sonra direktor Nailə xanıma yaxınlaşdım. Sertifakatın göstərilməsini istədim, brend menecerlə danışmaq istədim, heç biri olmadı. Sosial şəbəkə səhifələrinə də yazdım, cavab vermədilər. Şikayət edəcəyimi bildirdim, lakin “nə istəyirsən, et”, - deyə bildirdilər”.

Şikayətçinin sözlərinə görə, buna oxşar hadisə yaxınlarından birinin də başına gəlib:

“Öz başıma gələndə anladım ki, "Pandora" həqiqətən də insanları aldadır. Əsl gümüş bilirsiniz, maksimum 3-4 aydan sonra qarala bilər. Amma mənə alınan qolbaq şəkildən göründüyü kimi sapsarıdır. Bildirim ki, qolbağın qiyməti 170 manatdır”.

  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskvada motosikletçini öldürən Şahin Abbasov SAXLANILDI
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Fikrət 10 gün əvvəl də tutulubmuş