Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19200
az

UEFA-dan gülünc qərar: “Qarabağ”ı cərimələdi, erməni təxribatı ilə bağlı açıqlama vermədi

13:3019 Oktyabr, 2019
1493
  • A
 
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi "Qarabağ” klubunu 7875 avro məbləğində cərimələyib.

Avropa futbol qurumunun mətbuat xidmətindən "Report”a verilən məlumata görə, buna səbəb Ağdam təmsilçisinin sentyabrın 19-da Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində İspaniya "Sevilya”sına Bakıda 0:3 hesabı ilə uduzduğu matçda baş verənlərdir.

"Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionun baş tutan qarşılaşmanın 62-ci dəqiqəsində Andalusiya təmsilçisinin futbolçusu Çiçaritonun hesabı açmasından sonra yerli azarkeşlərin meydana kənar əşyalar atmasına görə ziyana düşüb.

Qeyd edək ki, "Qarabağ”ın oktyabrın 3-də Lüksemburqda "Düdelanj”ı 4:1 hesabı ilə məğlub etdiyi görüşdə törədilmiş erməni təxribatına gəldikdə, UEFA hələlik hər hansı açıqlamasının olmadığını bildirib. Bu matçda isə "Qarabağ”ın vurduğu ikinci qoldan sonra "Jozi Bartel” stadionunun üzərinə dron vasitəsilə qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Nəticədə oyunda fasilə yaranıb və matç 24 dəqiqədən sonra davam etdirilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukraynada 50 min insan itkin düşüb - Şok rəqəm
Alma qabıqlarını belə istifadə edin: Faydaları bitmir - FOTO
“Gecə-gündüz dua edirdim ki, divanımız olsun” – VİDEO

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM