Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18895
az

Göz üçün faydalı qidalar

17:5410 Oktyabr, 2019
792
  • A
Qeyri-sağlam qidalanma, ekoloji amillər bütün orqanlara, o cümlədən də gözlərin sağlamlığına mənfi təsir göstərir. Amma elə meyvə və tərəvəzlər var ki, görmənin keyfiyyətini artırır.

Oxu24.com AZƏRTAC-a istinadən bildirir ki, göz sağlamlığı üçün A, S, E vitaminləri, beta-karotinlə zəngin qidalara üstünlük vermək lazımdır. Onlar xüsusilə gözün torlu qişası və digər funksiyalar üçün faydalıdır.

Həkimlər qeyd edirlər ki, sadəcə yerkökü yemək yaxşı görmə üçün kifayət deyil. A vitamini qaynağı olan köklə yanaşı, Omeqa-3, Omeqa-6 yağ turşuları, sink və maqnezium kimi minerallarla zəngin qidaları unutmaq olmaz. Çünki məhz onlar müəyyən yaşdan sonra gözlərin zəifləməsinin qarşısını əhəmiyyətli dərəcədə alır.

Qırmızı istiot və ispanaqda olan A vitamini xüsusilə gözün gecəgörmə qabiliyyəti müqavimətini artırır. Qaragilə, eyni zamanda, şirin kartofda olan S vitamini göz üçün faydalıdır. Omeqa-3 yağ turşuları baxımından zəngin olan balıq torlu qişa və hüceyrə membranını qoruyur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanan bazardan son görüntülər - FOTO/VİDEO (YENİLƏNDİ)
Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİB
Döş xərçəngindən qorunmağın 5 YOLU

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Oğlu Cavanşir Məmmədovun məzarı önündə göz yaşı tökdü - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda gecə saatlarında dəhşət: Elnarə vəhşicəsinə öldürüldü