Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18607
az

Bakıda cinsi orqanı 4 dəfə böyüdən krem fırıldaqçıları- \"Professor Məhəbbət\" qadınları necə yoldan çıxarır?

21:4503 Oktyabr, 2019
1540
  • A
Azərbaycanda bir çox elan saytlarında ilk cərgədə gözə girən məhsullar kişilər üçün olan böyüdücü, gecikdirici, ereksiya üçün mazlar, məcunlar, kremlərdir. Bu məhsulları ayrı-ayrı şəxslər və adı, ünvanı bəlli olmayan firmalar satır.  
Qiymətləri  20 manatdan 200 manata kimi dəyişir.

Araşdırmamıza görə, bu məhsulları gənc oğlanlar, kişilərlə yanaşı, qadınlar da sifariş edir. Təbii ki, öz partnyorları üçün. Cinsiyyət üzvünün ölçüsündən narazılar ordusu son ümid olaraq bu vasitələrin vədverici informasiyasına aldanır, məhsulu sifariş edir.

Professor Məhəbbət doktor kimdir?

Oxu24.com medicina.az-a istinadən bildirir ki, super böyüdücü təsir vədi verən məhsulun müştəriyə necə, hansı yolla satılması prosesini araşdırmaq üçün nömrələrdən birinə zəng olunub.
Zəngimizə ofisdə əyləşən menecer xanım cavab verdi.

Sifarişçi kimi saytdan qadın zəng etmişdi. Qadın məhsulu sifariş vermək istədiyini bildirərək, menecerə həyat yoldaşının cinsi orqanının həddən artıq kiçik olduğunu bildirdi.

Dəstəkdəki firma işçisi bir çox intim  xarakterli suallar verərək, müştərinin nədən narazı olduğunu, necə əlaqədə olduğunu, kişinin orqanının təxmini nə boyda olması ilə maraqlandı.

Müştəri isə evlənəndən kişi ilə əlaqənin mümkünsüz olduğunu, cinsiyyət orqanının 5 sm, hətta loru dildə desək insan burnu boyda olduğunu bildirdi. Müştəri bu kiçiklikdə orqanın bu vasitə nə qədər böyüyə biləcəyini soruşduqda, həmin xanım uzununa daha  4-5 sm, eninə 1-2 sm böyüyəcəyini dedi.

Müştəri "əgər bu kremi alsaq, həm o, həm mən əziyyətdən, bu utanc hissindən nə qədər tez müddətə xilas olacağıq" sualına firma əməkdaşı qəribə cavablar verdi: " Bəs bu adama niyə ərə getmisiz?. Bu qədər dözmüsüz, bir qədər də dözün, sifariş gəlsin, 1-2 həftə çəkin düzələcək" dedi.
Müştəri bir qədər tibbi xarakterli suallarına cavab və zəmanət istədikdə söhbətin ən gözlənilməz məqamı baş verdi. Belə ki, menecer qadın suallara cavab üçün telefona guya öz həkimlərindən birini dəvət etdi. Bu dəfə cavab verən kişi idi.

"Buyurun, mən professor Məhəbbət doktoram" deyən cavan oğlan xanımı daha açıq, intim suallara çəkir və guya tibbi baxımdan məlumatlandırır.
Professor Məhəbbət doktor baltanı lap kökündən vuraraq, məhsullarının original, super olmasını bildirib, bapbalaca, hətta heç böyüməyən cinsiyyət orqanının 2 kurs müalicə ilə həm uzununa, həm eninə böyüyüb, 20 sm-ə çata biləcəyi vədini verdi.
 

" Xanım narahat olmayın, hətta ondan da kiçik üzvü böyüdə bilər. Ona görə siz 2 kursluq müalicə götürün, 180 manat edir. 2 kursa 20 sm-ə çatacaq" - deyə professor Məhəbbət Məhəbbətov çarəsiz qadınları məharətlə "toruna salır".

Biz "siz urololoqsuz, nə həkimisiz" soruşduqda Məhəbbət professor " bəli, bəli, biz bu sahə üzrə həkimik, xəstələrdə bu kremin nəticəsini görürük, bizə istədiyiniz vaxt zəng edə bilərsiz" dedi.

Beləcə, 180 manatlıq 2 kurs mazı 5 dəqiqəyə qadına satmağı  bacaran adı, ünvanı bəlli olmayan firma və özünə satdığı mala uyğun  seksual ad seçən "professor Məhəbbət"  daha bir ailəni "xoşbəxt" etdi.

Həmin məhsulların bir neçəsinin reklam mətnini təqdim edirik:
 
"Cinsi orqan kicikliyi,inkisafdan qalma problemləri olan kisilər ucun tamamilə bitki tərkibli,effektini ilk gunlərdən gostərmeye baslayan penis böyüdücü kremi.
Effekti; 30 yasa qədər kisilərdə 4-5 sm cinsi orqani böyüdür, 30 yasdan yuxarı kisilərdə isə 3-4 sm boyudur.
Bundan başqa cinsi orqanı ortalama 1 sm qalınlaşdirir".

Bu kimi mazların, super vasitələrin həqiqətənmi təsir edib-etmədiyini soruşmaq üçün, bu dəfə həqiqi həkim, uroloq androloq Seymur Mehtiyevdən açıqlama aldıq. O, dəfələrlə cinsi üzvün, penisin böyüdülməsi üçün təklif edilən kremlərin, məcunların təsirsiz olmasını bildirmişdi:

Mazlar heç kimi şirə, pələngə döndərmir - Uroloq androloq

"Əgər bir mazla orqan böyüsəydi, hərə əlinə bir krem alıb, cinsiyyət üzvünü filə döndərərdi. Onda dünyanın halını necə təsəvvür edərdiz?

Bu kimi məhsullar yüzlərlədir. Cinsiyyət üzvü ölçüsü kişilərin ən çox maraqlandığı yaralı mövzudur. Ona görə bundan işbazlar, fırıldaqçılar istifadə edir. Mən bu reklamlarda yazılan təsviri fala baxan qaracıların sözlərinə bənzədirəm. Hamıya yaxşı olacaq vədini verir. Kim öz malını pisləyər?

Tibdə müəyyən hormonal testosterone tərkibli mazlar var ki, cinsi inkişafdan qalan, anatomik olaraq, hormonal səbəblərdən orqanı böyüməyən uşaq və yeniyetmələrə təyin edilir. Bunu da həkim təyin edir.

Qalan hallarda 30-35 yaşlı kişinin əslində normal olan, amma daha da böyüməsini istədiyi orqana belə kremlərin sürtülməsi mənasızdır.
Çox kişilər hər şey normal olsa da buna qane olmur, seksual performansını artırmaq üçün elə düşünür ki, nə qədər böyük olsa o qədər yaxşıdır. Amma bilmir ki, əsas orqanın işlək olmasıdır. 14 sm-lik orqan necə işləyirsə, 20 sm-lik də elə olacaq. Yəni bir kişi seksual qabiliyyətindən razı deyilsə, ən nəhəng cinsiyyət orqanına sahib olsa da eyni kişi olacaq. Mazlar heç kimi şirə, pələngə döndərmir.

Həqiqətən də cinsi orqanı müəyyən tibbi səbəblərdən kiçik olan pasiyentlərdə hormonal müalicə və əməliyyatla orqanı bir qədər uzatmaq olar. Bunu da lazım biləndə biz əməliyyat edirik.

İnternet portallarında olan elanlar isə reklamdır, biznesdir, boş sözlərdir. Bəzi kremlər mentol tərkibli olur, dəriyə vuranda qıcıqlandırır, 5 dəqiqəlik ödem yaradır, kişi elə bilir ki, böyüdü. Amma bu effekt müvəqqətidir.

İşbazlar kişilər üçün çox həssas olan bu mövzudan məharətlə istifadə edir, hələ illərlə də istifadə edəcəklər. Allah insana ağıl verib, hər gördüyünə inanıb-inanmamaq insanın öz əlindədir. Bunlar pul, vaxt, ümid itkisindən başqa bir şey deyil" Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Gecə-gündüz dua edirdim ki, divanımız olsun” – VİDEO
Qara dəliyin ən aydın görüntüsü çəkildi - Fotolar
Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM