Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18164
az

Metroda daha bir həyəcan - Vaqonlar tüstüləndi, sərnişinlər təxliyə edildi

19:1021 Sentyabr, 2019
1069
  • A
 Bakı metrosunda sərnişinlər daha bir həyəcan yaşayıb.

Hadisə metronun "Gənclik" stansiyasında baş verib.

Stansiyaya daxil olan qatarın vaqonlarına qəfil tüstü dolub. Platformada sərnişinlər dərhal boşaldılıb və qatar tərkibinə ümumi baxış keçirilib. Qatarda heç bir nasazlıq qeydə alınmayıb. Qatar yenidən sərnişinlərlə birlikdə yola davam edib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında faktı təsdiqləyib.

O bildirib ki, sərnişin qatarında heç bir təhlükə baş verməyib: "Qatar "Gənclik" stansiyasına daxil olarkən vaqonlara tüstü dolduğundan sərnişinlər boşaldılıb və qatara baxış keçirilib. Məlum olub ki, sərnişin qatarından əvvəl stansiyadan sınaq qatarı keçib və həmin qatarın əyləc yastıqlarında sürtünmə zamanı tüstü yaranıb. Nəticədə tunelə tüstü dolub. Narahatlığa heç bir əsas yoxdur. Hazırda qatarlar normal qrafiklə hərəkət edir". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evinizdə pişik yaşayır? Təcili bütün daxili qapıları açın - SƏBƏBİ
Bu xəstəliyi olanlar banan yeməlidir
İraq Prezidenti COP29-a dəvət olundu

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir