Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18131
az

Hava kəskin soyuyacaq, yağış yağacaq - XƏBƏRDARLIQ

15:2220 Sentyabr, 2019
628
  • A
 
Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra sentyabrın 21-i səhərdən Mərkəzi Rusiyadan hərəkət edən soyuq atmosfer cərəyanlarının ölkə ərazisinə daxil olması nəticəsində hava şəraitinin dəyişiləcəyi, əlverişsiz keçəcəyi, havanın temperaturun ötən günlə müqayisədə 8-10 dərəcə aşağı enəcəyi gözlənilir. Qeyd edək ki, son günlərdə havanın temperaturu iqlim normasından 4 dərəcəyədək yüksək idi.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, sentyabrın 21-i səhər saatlarıdan başlayaraq şimal-qərb küləyinin 18-23 m/s olacaq, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir, gündüz yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var.

Güclü küləyin sentyabrın 22-i səhərədək davam edəcəyi gözlənilir. Sentyabrın 21-i axşama doğru, 22-i gecə və səhər yağış yağaçağı, gecə saatlarında bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimal olunur.

Azərbaycanın rayonlarında sentyabrın 21-i şimal və qərb rayonlarından başlayaraq sentyabrın 22-si gündüzədək havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yağışın yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir, sentyabrın 21-də isə bəzi Kür vadisi rayonlarda arabir 35-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gecə 4 saatdan az yatanları nələr gözləyir?
Uşağınız oruc tutmaq istəyərsə… - İlahiyyatçıdan təfərrüatlar
Ramazan ayında ruhumuzun qidası Allahın zikridir - İlahiyyatçı/ÖZƏL

Yaşadığı hadisədən sonra insanlardan ÜZ ÇEVİRDİ

18+

Bakıda dəhşətli qətlin videosu yayılıb (18+)
Döyüşlərdən  VİDEO YAYILDI
Dırnaq göbələklərinin ilk əlamətlərini bilmək vacibdir
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO