Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18021
az

Badımcanın saplaqlarını atmayın, faydalıymış

19:1017 Sentyabr, 2019
710
  • A
Badımcan mətbəximizdə çox istifadə olunan ən faydalı məhsullardan biridir.Ondan demək olar ki, bütün fəsillərdə çox istifadə olunan tərəvəzdir.Badımcandan müxtəlif çeşidli yeməklər, turşular, salatlar, hətta mürəbbə hazırlanır.Onun faydaları, şəfa verici xüsusiyyətləri saymaqla bitməz.Badımcanın özü kimi hər zaman tulladığımız saplaqları da faydalıdır.e-tibb.azTürkiyə mediasına istinadən xəbər verir ki, badımcan saplağının çox böyük faydaları var.

Oxu24.com deyerler.org-a istinadən bildirir ki,  saplaqlar başda babasil (hemoroid) olmaqla, bir çox xəstəliklərin müalicəsində istifadə oluna bilər. Torpaqdan gələn vitamin və minerallar daha çox onun saplağında toplanır. Babasilin təbii yolla müalicəsindən badımcan saplağının suyu dərman, əməliyyat, kimi metodlarla yanaşı istifadə oluna bilər.

Bu şəfalı su göz sağlamlığı üçün də faydalıdır. Göz hüceyrələrinin bərpası, bu orqanlarda yaranan bir sıra problemlərin qarşını almaq üçün badımcan saplaqlarından hazırlanan vasitə yardımçı olur.Saplaqlar dəmirlə çox zəngindir. Qan azlığı səbəbindən yaranan yorğunluğu, stress kimi narahatlıqların qarşını almaq üçün də faydalıdır.

Bundan başqa, həzm sistemində problemi olanlar,reflüks, xora, qastrit, qəbizlik kimi problemlərdən əziyyət çəkənlər, bu sudan faydalana bilərlər.

Saplağın yağ faizi çox az olduğuna görə, tox saxlaya bilir, ona görə də artıq çəki problemindən əziyyət çəkənlərə tövsiyə olunur.

Bundan başqa, həmin su dəri üçün çox faydalı sayılır. Dərinin daha parlaq və gənc görünməsinə kömək edir.

Bəs suyu necə hazırlamaq lazımdır?

10 ədəd badımcan saplağı kəsilib təmiz yuyulur, üzərinə 10 stəkan su əlavə olunur.

Qazanın qapağını bağlayıb yarım saat qaynatmaq lazımdır. Soyudandan sonra həmin suyu 5 gün səhər və axşam acqarına bir stəkan içmək olar.

Suyu bu müddətdə soyuducuda saxlaya bilərsiniz. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evinizdə pişik yaşayır? Təcili bütün daxili qapıları açın - SƏBƏBİ
Bu xəstəliyi olanlar banan yeməlidir
İraq Prezidenti COP29-a dəvət olundu

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir