Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17922
az

Turşu məhsullarını hansı halda yemək olmaz?

20:4114 Sentyabr, 2019
406
  • A
Havalar soyuduqca, qış mövsümü yaxınlaşdıqca insanlar süfrələrdə turşu məhsullarından istifadə etməyə başlayırlar. Lakin bəzən bu turşu məhsulları zəhərlənmələrə, hətta ölümlərə də səbəb olur.
 
Oxu24.com axar.az-a istinadən bildirir ki, tibb üzrə ekspert, professor Adil Qeybullanın dediyinə görə, bütün konservləşmiş məhsullar texniki standartlara uyğun olmadığı halda zəhərlənməyə səbəb ola bilər:
 
"Bu hallar əsasən bağlı qablardakı turşuları yeyəndə baş verir. Botulizm botulatoksin ifraz edir ki, bu da turşuya qarışır və zəhərlənməyə səbəb olur. Hətta bəzi hallarda bu zəhərlənmə ölümə də səbəb ola bilər. Turşunun qapağı bağlanan zaman orada anaerob, yəni oksigensiz mühit yaranır. Açıq turşularda heç vaxt botulizm ola bilməz. Buna görə də xüsusilə ev şəraitində hazırlanmış konservləşmiş məhsullara diqqət edilməlidir".
 
Həkim turşunun zəhərli olmasını göstərən halları da qeyd edib: "Əgər turşunun qoyulduğu balonun qapağı şişib, suyu bulanıb, dadı da dəyişibsə, bu halda həmin turşu və ya konservləşmiş hər hansı məhsul ciddi zəhərlənməyə səbəb ola bilər. Yəni bu hallar aşkarlanarsa, qəti şəkildə həmin qidadan yemək olmaz. Amma təəssüf ki, bəzən insanlar bunun fərqinə varmır və çox ciddi problemlərlə üzləşir. Hətta təkcə ev şəraitində deyil, fabrik istehsalı olan məhsullarda da belə hallar aşkarlanarsa, həmin qidadan istifadə etmək çox təhlükəlidir".
 
A.Qeybulla bildirib ki, gigiyenik qaydalara əməl olunmayan zaman da turşular zəhərlənməyə səbəb ola bilər: "Bazarlarda plastik qablarda satılan turşular da zəhərlənməyə səbəb ola bilər. Plastik qabın bir neçə dəfə istifadə edilməsi, turşunun tərkibində olan maddənin qabın tərkibində olan zəhərli maddəyə qarışması zəhərlənməyə səbəb olur".
 
Qeyd edək ki, dünən Şirvan şəhərində 1992-ci il təvəllüdlü Fətullayev Əli Əlisəfa oğlu sirkəyə qoyulmuş turşu yeyərkən zəhərlənib. Vəziyyəti ağırlaşdığından o, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
ÜST-dən QORXULU AÇIQLAMA:

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Fikrət 10 gün əvvəl də tutulubmuş