Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17907
az

Hava ilə bağlı XƏBƏRDARLIQ

12:3614 Sentyabr, 2019
527
  • A
 
Sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə yağış
yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

ETSN-dən bildirilib ki, havanın temperaturu  gecə 16-20° isti, gündüz  24-27° isti, Bakıda gecə 16-18° isti, gündüz  25-27° isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan yüksək 763  mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət  55-65 % olacaq.  

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə şimşək  çaxacağı, arabir yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə leysan xarakterli  olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman oacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz  24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz  10-15° isti təşkil edəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ÜST-dən QORXULU AÇIQLAMA:
İspaniyalı gimnast 17 yaşında VƏFAT ETDİ
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?