Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17880
az

DYP sürücülərə müraciət etdi: oktyabr ayının 1-dən...

19:4313 Sentyabr, 2019
688
  • A
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin sahiblərinə və sürücülərə müraciət edib.

DYP-dən Oxu24.com verilən məlumatda bildirilir ki, paytaxt ərazisində nəqliyyat sıxlığının aradan qaldırılması, hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli qərarı ilə oktyabr ayının 1-dən may ayının 1-dək maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin səhər saat 7:30-dan axşam 20:00-dək Bakı şəhərinə girişinə məhdudiyyət tətbiq olunub.

Lakin yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 16-da paytaxt ərazisində, üsusilə şəhərin giriş-çıxış hissələrində saat 8:00-dan 10:00-dək nəqliyyat vasitələrinin hərəkət intensivliyinin artacağı ehtimal olunur.

"Bunu nəzərə alaraq, DYP sürücülərdən və avtomobil sahiblərindən xahiş edir ki, ayrı-ayrı müəssisələrə və fiziki şəxslərə məxsus, şəhərə girişinə icazə verilmiş yük avtomobillərindən göstərilən saatlarda mümkün qədər az istifadə olunsun. Ümid edirik ki, paytaxtda nəqliyyat sıxlığının yaranmaması, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün sürücülərimiz müraciətimizə düşünülmüş şəkildə yanaşacaq, ilk dərs günündə azyaşlı məktəbli uşaqlara yollarda çətinlik yaşatmayacaqlar", - məlumatda vurğulanıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnsan qanı ilə qidalanan bakteriyalar aşkarlandı - FOTO
ABŞ-dən İsrailə qarşı sanksiyalar
Moskvada motosikletçini öldürən Şahin Abbasov SAXLANILDI

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Fikrət 10 gün əvvəl də tutulubmuş