Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17838
az

Azərbaycanda 50 nəfərə pulsuz maşın verildi - Fotolar

21:1912 Sentyabr, 2019
497
  • A
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün “Xəzər” markalı daha 50 avtomobili müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə təqdim edib.
 Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərini diqqətə çatdıraraq ölkəmizin dinamik iqtisadi inkişafı şəraitində güclü sosial siyasətin həyata keçirildiyini vurğulayıb. O həssas qruplara dövlətin qayğısının artmaqda davam etdiyini vurğulayıb. O da qeyd edilib ki, cari ilin ötən dövründə Prezident İlham Əliyevin uğurlu sosial islahatlar paketi əməkhaqlarının, pensiya, müavinət və təqaüdlərin ciddi şəkildə artmasına gətirib çıxarmaqla 4,2 milyon insanın rifahına ciddi dəstək olub.
Nazir müavini 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi nəzərdə tutulduğunu, hazırda təqdim olunanlar da daxil olmaqla onlardan artıq 330 avtomobil verildiyini diqqətə çatdırıb.
A.Əliyev bildirib ki, bununla da indiyədək müharibə əlillərinə 6474 minik avtomobili verilib. Həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 2019-cu ildə azı 800 mənzil verilməsi  planlaşdırılıb, bu ilin ötən dövründə onlardan artıq 110 mənzil təqdim edilib. Ümumilikdə bu vaxta qədər 6764 şəhid ailəsi və müharibə əlili nazirlik tərəfindən mənzillə təmin olunub.
Yeni avtomobillə təmin olunan müharibə əlilləri dövlətin bütün sahələrdə onlara göstərdiyi qayğıdan, həssas qrupların rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımlardan bəhs ediblər, onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək qayğıya, o cümlədən yeni avtomobillərlə təmin edildiklərinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər



 


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
Mütəxəssislər xəbərdarlıq edir: Əl və ayaqların uyuşması şəkər xəstəliyinin əlaməti ola bilər
Küçə bazarı: İsti havalarda bunlara mütləq diqqət edin – MÜTƏXƏSSİS DANIŞDI

Üç bürcə XƏBƏRDARLIQ: Mayın ikinci həftəsi sizin üçün çətin olacaq

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ