Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17141
az

Həqiqi namaz əhlinin xüsusiyyətləri

21:1025 Avqust, 2019
1040
  • A
Həzrət Peyğəmbər (s) bir kişini namaz qılan zaman saqqalı ilə oynayan halda görür və buyurur: "Əgər ruhu müti olsaydı, heç bir zaman bu işi görməzdi". (İslami saytlara istinadən)

Ona görə də namaz əhlinin malik olmalı sifətlərdən biri - ruhunun müti və itaətkar olmasıdır. "O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar". ("Muminun" 2). Mütilik - cismin və ruhun ədəblərindəndir.
Namaz əhlinin ikinci sifəti - nəzarətdir. "Onlar öz namazlarını qoruyarlar (ibadətlərində özlərini Allah qarşısında daxilən alçaldarlar)". ("Ənam" 92).
Milli.Az deyerler.org-a istinadən bildirir ki, namaz əhli dünya işlərini namaza görə tərk edərlər. Namaz əhlinin üçüncü sifəti budur. "Heç bir ticarət və alış-verişin Allahı yad etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmadığı kişilər". ("Nur" 37).
Namaz əhli namaza sevinclə tələsər. "Ey iman gətirənlər, cümə günü namaza çağırılan zaman, Allahı zikr etməyə (cümə namazına) tələsin və alış-verişi buraxın! Əgər bilsəniz bu, sizin üçün daha xeyirlidir". ("Cümə" 9).
Namaz əhli namaza ən yaxşı paltarlarını geyinər. "Ey Adəm övladları, hər namaz vaxtı və hər bir məsciddə (əməl və məkana uyğun olaraq) bəzək və zinətlərinizi götürün (gözəl geyinin)". ("Əraf" 31).
Namaz əhlinin namaza qarşı sabit eşqləri vardır. "O kəslər ki, namazlarında davamlı və möhkəmdirlər". ("Məaric" 23).
Namaz əhli gecə namazı üçün ayağa qalxar. "Və gecənin bir hissəsini onun üçün - (yalnız) sənə əlavə bir vəzifə olan (Qur'an oxumaq və gecə nafiləsini qılmaq) üçün oyaq qal ki, bəlkə Rəbbin səni tərifə layiq bir məqama (şəfaət məqamına) qaldırsın". ("İsra" 79). Bu ayədə Peyğəmbərə (s) xitab edilsə də, bütün namaz əhlinə aid edilir.
Namaz əhli gecənin namaz qılaraq səhər edərlər. "Və o kəslər(dir) ki, gecəni Rəbblərinin qarşısında səcdə edən və dayanan halda gündüz edərlər". ("Furqan" 64).
Namaz əhlinin bəzisi səcdələrini göz yaşları ilə yerinə yetirərlər. "Rəhman olan Allahın ayələri (səma kitablarının ayələri və ya Onun tovhid və əzəmət nişanələri) onlara oxunan zaman ağlar və səcdə edən halda üzü üstə düşərdilər". ("Məryəm" 58).
Allah Təala bizləri həqiqi namaz əhlindən qərar versin, inşəallah.

Milli.Az

 Digər maraqlı xəbərlər Milli.Az-ın Face Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Psixoloji şəkil TESTİ: Gələcəyiniziortaya qoyacaq
Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - SİYAHI
Bakının bu əraziləri tezliklə PLANA DÜŞƏCƏK

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO