Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17118
az

Oturaq işin gətirdiyi bəla - HƏZM PROBLEMİ

20:4524 Avqust, 2019
596
  • A
Oturaq həyat tərzi sürənlər, xüsusən ofis işində çalışanlar tez-tez həzm sistemində olan problemlərlə üzləşirlər. Belə şəraitdə fəaliyyət göstərənlərdə fiziki aktivlik passivləşir. Bu səbəbdən yenidən yüksək kalorili qidalar əzələlər tərəfindən istifadə edilmir və orqanizmə toplanır. Nəticədə isə artıq çəki problemi yaranır. Bununla üzləşməmək üçün qidalanma zamanı bir sıra qaydalara əməl etmək lazımdır.
 
Oxu24.com Azərtaca istinadən xəbər verir ki, bu barədə məlumat verən həkim-endokrinoloq Gülay Məmmədova deyib: "Ofis işində çalışanlar daim şəkərli qidalar və asan mənimsənilən şəkərlərdən istifadə edirlər. Lakin həmin qidaları quru meyvələr və yaxud qoz-fındıq və çərəzlərlə əvəz etmək daha yaxşıdır. Yağlı və xəmir yeməklərini, zülal tərkibli qidaları azaltmaq, fast-fud yeməklərlə qidalanmaqdansa onu meyvə və tərəvəz salatları ilə əvəz etmək daha düzgündür".

Mütəxəssislər səhər işə gedərkən normal qidalanmağın vacib olduğunu söyləyirlər. Ofisdə hazır yeməklərdən istifadə etməmək, fast-fuddan uzaq olmaq məsləhət görülür. Meyvə-tərəvəzlərə və onlardan hazırlanmış vitaminli salatlara üstünlük vermək, eləcə də bol su içmək sağlamlığı şərtləndirən səbəblərdəndir. Açıq havada qaçmaq, sürətli yeriş, velosiped, üzgüçülük və bu kimi idman növləri ilə məşğul olmaq da kökəlməmək və formada qalmaq üçün faydalıdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
Kəmaləddin Heydərov müşavirə keçirdi
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - FOTO/YENİLƏNDİ

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO