Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17101
az

Bakı şəhər Baş Polis İdarəsinin şəxsi heyəti praktik atışlara cəlb olunub

12:2924 Avqust, 2019
1059
  • A
 
Bakı şəhər Baş Polis İdarəsinin şəxsi heyəti müvafiq plana uyğun olaraq, avtomat silahlardan praktik atışlara cəlb edilərək döyüş hazırlıq vəziyyəti yoxlanılıb.

Bu barədə Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, bir günlük praktik məşğələdə şəxsi heyətin nəzəri bilikləri, avtomat silahdan istifadə qaydaları və digər peşə vərdişlərinin vəziyyəti yoxlanılıb.

DİN-in Atıcılıq Tirinin imkanlarından səmərəli istifadə etməklə şəxsi heyətin praktik atışlara cəlb edilməsində məqsəd fiziki hazırlığının artırılmasına, cinayətkarlıqla mübarizəyə, ictimai asayişin və təhlükəsizliyin qorunmasına xidmət edir. Praktik məşğələlərdə qadın əməkdaşlar da iştirak edib.  


Qeyd edək ki, atıcılıq kompleksinin tirlərində tapança və avtomat silahlardan atəş üçün hədəf sistemləri, güllətutan metal qurğular, 18 nəfərin eyni vaxtda atəş açması üçün kabinələr, gülləkeçirməz şüşə ilə təchiz olunmuş operator otaqları, elektron hədəf və monitorlar, siqnalizasiya, havalandırma və digər zəruri kommunikasiya qurğuları ilə təchiz edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
Məşhur Azərbaycan xalçaları barədə bilinməyənlər - VİDEO

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur