Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17087
az

Bakıda gecə klubunda əylənən ərəb fantastik hesab ödədi - FOTO

23:5223 Avqust, 2019
913
  • A
Bakıda yerləşən gecə klublarından birində ərəb turistlərə 6340 AZN-lik hesab təqdim olunub.

Oxu24.com Sputnik Azərbaycan-a istinadən bildirir ki, bununla bağlı sosial şəbəkələrdə hesabı əks etdirən foto paylaşılıb.

Hesabdan görünür ki, turistlər əsas maliyyəni atəşfəşanlıq üçün istifadə ediblər. Onlar buna 2000 AZN-dən çox pul xərcləyiblər.

Qeyd edək ki, son vaxtlar buna bənzər hallara tez-tez rast gəlinir. Körfəz ölkələrindən olan turistlərə ölkəmizdəki istirahət və əyləncə mərkəzlərində fantastik hesabların təqdim olunmasını əks etdirən fotolar tez-tez sosial şəbəkələrdə yayılır. Xatırladaq ki, bir müddət öncə paytaxtdakı kafelərin birində nahar edən ərəblər 1143 manat pul ödəyiblər. Bundan əvvəl isə Qəbələdə qəlyanaltı ərəb turistlərə 617 manata başa gəlmişdi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ÜST-dən QORXULU AÇIQLAMA:
İspaniyalı gimnast 17 yaşında VƏFAT ETDİ
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?