Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17053
az

Saçları qalın edən, uzanmasını sürətləndirən 20 qəpiklik vasitə

22:4722 Avqust, 2019
519
  • A
Nikotin turşusu bir çox saçlara baxım üçün istifadə olunan vasitələrin tərkibinə daxil edilir.

Bu vasitənin siqaretlərin tərkibində olan nikotinlə heç bir əlaqəsi yoxdur. Nikotin turşusu müxtəlif xəstəliklər və pozulmalar zamanı istifadə olunan bioloji aktiv maddədir.

Nikotin turşusunun maddələr mübadiləsini və qan dövranını yaxşılaşdırmaq, damarları genişləndirmək kimi faydalı xüsusiyyətləri var. Məhz bu xüsusiyyətlər onu saçlara baxım zamanı olduqca faydalı edir. Nikotin turşusu saçların uzanmasını sürətləndirir, saçları daha sağlam və qalın edir, saçların tökülməsini azaldır.  

Oxu24.com saglamolun.az-a istinadən nikotin turşusunun saçlar üçün istifadə qaydasını təqdim edir.

İstifadə qaydası:

1-2 ampul (bundan artıq yox!) açılır, şprisin köməyi ilə bir qaba tökülür və barmaqlara baş dərisinə çəkilir. Vasitəni təmiz baş dərisinə çəkmək lazımdır. Maskanı yumaq lazım deyil.

Nikotin turşusunu həftədə 2 dəfə 1 ay ərzində istifadə etmək lazımdır. Daha sonra 1 ay fasilə verin və müalicəni təkrarlayın.

Maskanı istifadə edəndə baş dərisində yüngül yandırma, qarışqaların yeriməyi hissi yarana bilər. Bu normaldır.  

Diqqət! İstifadə etdikdən sonra güclü qaşınma, səpgilər, baş ağrısı və s. allergiya simptomları əmələ gəldikdə, başınızı dərhal yuyun və daha sonra bu vasitədən istifadə etməyin.

Allegiyaya meylli olan insanlar nikotin turşusundan istifadə etməməlidir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Döş xərçəngindən qorunmağın 5 YOLU
Bakıda DƏHŞƏT: oğlan bıçağı sevgilisinin ürəyinə sancdı
Ət xallarından xilas edən təbii üsul

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda gecə saatlarında dəhşət: Elnarə vəhşicəsinə öldürüldü