Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17007
az

Mədə-bağırsaq qanaxmasının səbəbləri

21:0821 Avqust, 2019
793
  • A
Mədə-bağırsaq qanaxması həzm orqanlarının yanaşı gedən və xroniki pankriatitin özünün fəsadları ilə bağlıdır. Həzm orqanlarının bu xəstəlikləri - xora xəstəliyi, eroziv qastrit, mədə şişləri, Mellori-Veys sindromuna  aiddir. Mədə-bağırsaq qanaxması qida borusu və mədənin kardial hissəsinin dalaq venasının trombozu və sonradan portal hipertenziyanın inkişafı nəticəsində əmələ gələn varikoz genəlmiş venalara görə baş verir. Qanaxmanın səbəbi mədəaltı vəzinin abseslərinin bağırsağı deşməsi də ola bilər.

Oxu24.com medicina.az-a istinadən bildirir ki, mədə-bağırsaq qanaxmalarının əmələ gəlmə səbəblərindən biri yuxarıda adı çəkilən onikibarmaq bağırsağın xora xəstəliyidir. Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi xroniki, residivləşən xəstəlik olub mədə və bağırsağın divarında xoranın əmələ gəlməsi ilə təzahür edir.

Epidemiologiyası:

Xora xəstəliyi ən çox yayılmış xəstəliklərdən biridir. Duodenal xəstələrin çoxu kişilərdir, mədə xorası xəstəliyi isə say etibarı ilə kişi və qadınlar arasında eyni tezlikdə rast gəlinir.
 
Təsnifatı:

Xəstəliyin ümumi qəbul olunmuş təsnifatı yoxdur. Amma bəzi təsnifatlar vardır ki, xoranın əmələ gəlməsində rol oynadığı qeyd olunur:
Helicobakter pylori ilə assosiasiya olunmuş
Helicobakter pylori ilə assosiasiya olunmamış

Xoranın tipinə görə:
- təksaylı
- çoxsaylı.

Xəstəliyin əmələ gəlmə səbəbləri arasında qida qəbulları arasında uzunmüddətli fasilələr, psixi faktor, mədə şirəsinin yüksək olması, irsi faktor və s. mühüm rol oynayır.

Kliniki şəkli:

Xəstəliyin gedişatı xora deffektinin lokalizasiyasından onun ölçüsündən, dərinliyindən asılıdır. Xəstəlik mədə nahiyyəsində kəskin ağrılarla müşayət olunur. Ağrılar adətən gecələr baş verir. Xəstələrin əksəriyyətində qusma olur.
Xəstələr vaxtında və düzgün müalicə olunmazlarsa, ağırlaşmalar inkişaf edir. Ağırlaşmalar aşağıdakılardır:
 
-Qanaxmalar
-Xoranın perforasiyası
-Mədənın onikibarmağa keçən hissəsində stenozun formalaşması
-Xoranın maliqnizasiyası.
 
Diaqnozunda əsasən rentgenoloji müayinə rol oynayır. Müalicəsində həm dərman, həm də diyetadan (pəhrizdən) istifadə olunur. Cərrahi müalicə mütləq göstərişdir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
ÜST-dən QORXULU AÇIQLAMA:

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Fikrət 10 gün əvvəl də tutulubmuş