Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16906
az

Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək

11:2119 Avqust, 2019
502
  • A
 
Baş nazir Novruz Məmmədov “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nı təsdiq edib.

Oxu24.com  xəbər verir ki, mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslərin mediasiya xərclərinin ödənilməsi üçün mediator və ya mediasiya təşkilatına ödənilən vəsaitin məbləği “Mediasiya haqqında” Qanunun 28-ci maddəsinə uyğun olaraq ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş məbləğindən artıq olmamalıdır.

Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslərin mediasiya xərcləri həmin şəxslərlə ilkin mediasiya sessiyası həyata keçirən və ya mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlamış mediatorun və ya mediasiya təşkilatının təqdim etdiyi müvafiq təsdiqedici sənədlər əsasında Mediasiya Şurası tərəfindən həmin mediatora və ya mediasiya təşkilatına nağdsız qaydada ödənilir.

Mediasiya xərclərinin ödənilməsindən imtina etmək üçün əsaslar olmadıqda, mediasiya xərcləri Mediasiya Şurası tərəfindən müvafiq mediatora və ya mediasiya təşkilatına ödənilir. Mediasiya xərclərinin ödənilməsindən imtina barədə mediatora və ya mediasiya təşkilatına imtinanın səbəbləri göstərilməklə, 5 (beş) iş günü müddətində yazılı məlumat verilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Saxta SİQARETLƏR: məktəblərin qarşısındakı alver, xərçəng riski – EKSPERTLƏR AÇIQLADI
Vətəndaş nikahlarının qadağan olunmasi təklifinə ilahiyyatçılardan cavab - VİDEO
Pəhriz saxlayanda kartof yeməyin: SƏBƏB

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO