Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16883
az

Ağıllı insanın nişanələri

18:5218 Avqust, 2019
947
  • A
Aqil insanlar həmişə cəmiyyətin iftixarı olmuşdular. Bu insanlar həyatda doğru yolu tapmış və başqa insanlar üçün nümunə olmuşdular. Bəs bu cür insanları necə tanımaq olar? (Tebyan)

Ağıl sahiblərinin nişanələrindən biri budur ki, axirət həyatını dünya həyatından üstün bilirlər. Allah Təala Quranda buyurur: "Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir və şübhəsiz, axirət evi təqvalılar üçün daha yaxşıdır. Heç düşünmürsünüz?". ("Ənam" 32).

Oxu24.com deyerler.org-a istinadən bildirir ki, aqil insan axirətin cavidanlığını və qalıcı olmasını dünyanın faniliyindən üstün bilir. Axirətin cavidanlığını dünyanın faniliyinə dəyişmir. Aqil insan bilir ki, dünya və onun nemətlərinin hamısı məhv olan və aradan gedəndir. "Kimə də uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik (qüvvələrini zəiflədərik), heç düşünmürlərmi?!". ("Yasin" 68).

Aqil insanları başqalarından fərqləndirən başqa bir cəhət odur ki, bu insanlar ətraflarına diqqətlə nəzər salarlar. Onlar - ibrət almağı bacaran insanlardır. Yer və göyün xilqəti, yağış, qar, heyvanlar və bitkilər - bunlar hamısı aqil insanlar üçün bir nişanədir və onlar bu nişanələrin kənarından sadəliklə keçib getməzlər. Onlar dənizin üstündə dayana bilən gəmilər haqqında belə düşünərlər.

"Şübhəsiz, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, insanların xeyrinə olaraq dənizdə hərəkət edən gəmilərdə, Allahın səmadan nazil etdiyi və vasitəsilə yeri ölümündən sonra diriltdiyi və müxtəlif növdən olan canlıları onun (yerin) hər tərəfinə yaydığı suda, küləklərin (bir tərəfdən başqa bir tərəfə) əsdirilməsində və göylə yer arasında təslim halda olan buludda (bu yeddi şeyin hər birində) düşünən qövm üçün (Allahın tovhid, qüdrət və hikməti barəsində) nişanələr vardır". ("Bəqərə" 164).

Aqil insan bütün bu nişanələri görən zaman Xaliqi xatırlayır və Allahın qüdrət və əzəmətinə bir daha elm əldə edir.

Aqil insanın başqa bir nişanəsi budur ki, ibrət əhli olar və baş verən hadisələrdən ibrət almağı bacarar. O, çalışar ki, ağlının yardımı ilə büdrəmələrdən uzaq olsun. Quran-Kərim dəfələrlə insanları düşünməyə dəvət etmişdir və bu da səbəbsiz deyildir. "Məgər onlardan (Məkkə müşriklərindən) qabaq onların indi məskənlərində gəzdikləri çoxlu dəstələri məhv etməyimiz (Məkkə əhalisinin Yəməndəki Ad, Şamdakı Səmud və Əykə, Fələstindəki Lut qövmünün məskənlərində gəzib onların məhv edilmələrini görmələri) onlar üçün hidayət mənbəyi olmur?! Həqiqətən bunda (bu hadisələrdə) ağıl sahibləri üçün (Allahın tovhid, qüdrət və qəzəbini göstərən) nişanələr vardır". ("Taha" 128).

Aqil insan İlahi əmrlərə boyun əyər və təqvalı olar. Ola bilsin ki, başqaları üçün Allaha itaət etmək sadəlövhlük olsun, lakin İslam dininin nəzərinə görə, bu, aqillərin nişanələrindəndir. "Ey iman gətirən ağıl sahibləri, Allahdan qorxun! Şübhəsiz, Allah sizə bir öyüd-nəsihət vasitəsi nazil etmişdir". ("Təlaq" 10).

Aqil insan Quranı və onun ayələrini qəbul edər və ona əməl edər. Aqil insan bu müqəddəs kitabı Allahın ayə və nişanəsi hesab edər, yaradılanların deyil. "Həqiqətən Biz sizə (və tarix boyu olacaq bütün gələcək insanlara) içində sizin üçün (dinin hökmlərini, əxlaqi dəyərləri və müxtəlif bilikləri) xatırladan bir kitab nazil etdik, heç düşünmürsünüz?!". ("Ənbiya" 10).

Allah Təala bizləri aqillərin sırasında qərar versin. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Saxta SİQARETLƏR: məktəblərin qarşısındakı alver, xərçəng riski – EKSPERTLƏR AÇIQLADI
Vətəndaş nikahlarının qadağan olunmasi təklifinə ilahiyyatçılardan cavab - VİDEO
Pəhriz saxlayanda kartof yeməyin: SƏBƏB

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı AÇIQLAMA