Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1682
az

Bakıya daha bir yeni metro qatarı gətirildi

15:5512 May, 2018
1757
  • A
Bakıya Rusiyadan daha bir yeni metro qatarı gətirilib

Oxu24.com bildirir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev-in Trend-ə verdiyi məlumata görə, "Bakı Metropoliteni" QSC Rusiyanın "Metrovaqonmaş" ASC şirkəti ilə 2 yeni qatarın alınmasına dair imzalanan müqaviləyə görə artıq ikinci qatar da Azərbaycana gətirilib:

"Hazırda Rusiyadan gələn və yerli mütəxəssislər tərəfindən qatarın istifadəyə verilməsi prosesi gedir. Avadanlıqlar quraşdırılacaq, sazlanma işləri aparılacaq, daha sonra sınaqlar həyata keçiriləcək. Yalnız bundan sonra qatar xəttə buraxılacaq".

İlk qatarın aprelin 21-dən xəttə buraxıldığını deyən N.Paşayevin sözlərinə görə, yeni qatarların hər biri 5 vaqondan ibarətdir: "Bu vaqonlar 4-cü nəsil vaqonlar adlanır və 2015-ci ildə alınan yeni vaqonlardan bir çox üstünlükləri ilə fərqlənir. Yeni qatarlarda havalandırma və kondisioner sistemi var. Qatarda vaqonlararası keçidlər mövcuddur. Vaqonlarda qapıların enli olması da sərnişinlərin daha rahat düşüb-minməsi üçün şərait yaradır.

Qatarlarda mövcud olan ultrabənövşəyi işıqlar vasitəsilə hava bioloji olaraq tənzimlənir. Bu qatar bütün texnoloji avadanlıqlar baxımından ən son nəsilə aid qatardır.

Əsas yeniliklərdən biri isə vaqonların hər birində 16 ədəd olmaqla qatarda 80 ədəd USB portların mövcudluğudur. Bundan əlavə hər vaqonda fiziki məhdudiyyətli insanlar üçün oturacaqlar və əlil arabalarının dayanması üçün yerlər var. Qatar, həmçinin sərnişin tutumuna görə də digər qatarlardan üstündür, onun istismar müddəti 31 ildir".

Qeyd edək ki, yeni qatarların alınması ilə bağlı müqaviləni "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov və "Metrovaqonmaş" şirkətinin baş direktoru Boris Boqatıryev imzalayıb.


 Digər maraqlı xəbərlər Oxu24.com-un Facebook səhifəsində Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır
80 yaşlı atanın 32 illik oğul nisgili - VİDEO
Xərçənglə mübarizədə zəncirotu faydalıdırmı? - VİDEO

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Rusiya sülhməramlıları niyə vaxtından əvvəl Qarabağdan getdi? - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Vətəndaşları aldadan şirkət rəhbərləri saxlanıldı