Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16815
az

Ucar polisi naməlum məxluqu tutmağa çalışır

12:5016 Avqust, 2019
882
  • A
 
Yerli əhalini qorxu və dəhşətə salan naməlum tüklü məxluqu tutmaq üçün Ucar rayonunun Çiyni kəndi ərazisində ardıcıl dördüncü gündür polis postları qoyulur.

Bu barədə Oxu.Az-a Ucar Rayon Polis İdarəsindən məlumat veriblər.

Gecələr yaşayış məntəqəsinə çıxaraq insanları qorxudan bədheybət haqqında söhbətlər bir neçə gündür səngimir. Qadın və uşaqlar, bəzən isə hətta kişilər axşamlar küçəyə çıxmağa qorxurlar.


Kəndlilər deyirlər ki, məxluq qara rəngdədir, insan kimi düz yeriyir və sürətlə qaçır.

"Biz kəndin ətraf ərazilərində naməlum varlığın gizləndiyini düşünmürük, lakin hər halda ərazidə axşamlar postlar qoyuruq. Kənd sakinlərinin qorxusunun isə əsası yoxdur – bu məxluq indiyədək heç kəsə zərər verməyib, ev heyvanları və quşları öz yerindədir. Onların sözlərinə görə, üstəlik, o, insan görəndə qaçır", - polisdən deyiblər.

Polis əməkdaşlarından biri, serjant iddia edir ki, naməlum canlını özü görüb. Onun sözlərinə görə, məxluq onun evinin qapılarına gizlicə yaxınlaşıb və onu görərkən tez gizlənib.

Asayiş keşikçiləri qeyd ediblər ki, Çiyni kəndi bir neçə il əvvəl Qoşaqovaq kəndində gecələr gəzən naməlum məxluqlara görə vahimə yaranmış Ağdaş rayonu ilə sərhəddə yerləşir. Yeri gəlmişkən, burada da polis postları qurulmuşdu, lakin heç kim tapılmamışdı.

Ağdaş rayon sakinlərinin iddiasına görə, həmin varlıqlar adi insanın keçə bilmədiyi tikanlı məftilləri, hündür divarları asanlıqla aşırdılar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Psixoloji şəkil TESTİ: Gələcəyiniziortaya qoyacaq
Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - SİYAHI
Bakının bu əraziləri tezliklə PLANA DÜŞƏCƏK

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO