Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16578
az

Elinanın valideynlərinin tələbi RƏDD EDİLDİ - Məktəb direktoru həbsxanaya göndərilmədi

17:4008 Avqust, 2019
1265
  • A
 

Məktəbli Elinanın ölümünə görə məktəb direktoru yenidən hakim önünə çıxarılıb.

Oxu24.com musavat.com-a istinadən xəbər verir ki, 162 saylı orta məktəbin keçmiş direktoru Sevinc Abbasova məhkəməyə gətirilib.

Onun barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün mərhumun anası və vəkilləri Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Bu gün Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası bu şikayətə qapalı iclasda baxıb.

Zərərçəkmişin vəkilləri bildirib ki, məhkəmə şikayəti təmin etməyib.

Ailə üzvləri direktor barəsində seçilmiş ev dustaqlığının həbs-qətimkan tədbirilə əvəzlənməsini istəyirdi. Amma məhkəmə müraciəti təmin etməyərək belə əsas gətirib ki, Sevinc Abbasova istintaqın bütün çağırışlarına gəlir, istintaqın gedişinə mane olmur. Qanuna görə, qətimkan tədbiri məsələsində apellyasiya məhkəməsinin qərarı qətidir və ondan şikayət vermək nəzərdə tutulmayıb.

Vəkil Sevinc Əliyeva bildirib ki, istintaqın gedişində həkim səhvinə dəlalət edən halların olduğu müəyyən edilib. Amma ekspertiza həkimlərin xeyrinə rəy verib. Belə ki, ekspertiza rəyinin məzmunu təxminən belədir ki, xəstəxanaya gec çatdırılıb deyə, onu xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, məhkəmənin qərarı ilə Sevinc Abbasova barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, ev dustaqlığındadır. Məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib. S.Abbasovaya qarşı Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ət xallarından xilas edən təbii üsul
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO
Qazancımızın çoxunu niyə ərzaq məhsullarına xərcləyirik? - Ekspert

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO