Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16483
az

Azərbaycan internetin sürətinə görə GERİLƏYİB - Səbəb...

13:3505 Avqust, 2019
655
  • A
 
Azərbaycan son iki ildə internetin sürətinə görə 33 pillə geriləyib.

Kifayət qədər nüfuzlu "Cable" (cable.co.uk) qurumu yüksəksürətli internetlə bağlı dünya ölkələrindəki statistikanı yenidən açıqlayıb.

Redaktor.az xəbər verir ki, açıqlanan statistikada Azərbaycanın geriləməsinin səbəbləri ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti, texnologiya üzrə ekspert Osman Gündüz öz fikirlərini bölüşüb.

O bildirib ki, ölkəmizin statistikada geriləməsində birbaşa Nəqliyyat Rabitə Yüksək Texnologiyalar Nazirliyinin yürütdüyü səhv siyasət əsas rol oynayır. Buna görə də Nazirliyin fəaliyyətinə dair ciddi nəzarət həyata keçirilməlidir:

“"Cable" 12 ay ərzində 208 ölkə arasında ( may, 2019-dək ) aparılan milyonlarla test nəticəsində toplanan materialları analiz etməklə, bu statistikanı açıqlayıb. "Cable" bu araşdırmanı apararkən "Google", "PanetLab" və s. bu tip tanınmış qurumlarla əməkdaşlıq edir. Dünya üzrə İnternetin sürəti ilə bağlı "Cable"nin 208 ölkə üzrə reytinq cədvəlində bəzi ölkələr üzrə nəticələr:

1. Tayvan , 85 mb/s

2. Sinqapur 70 mb/s

3. Estoniya 31 mb/s

4. Polşa 24 mb/s

5. Belarus 13 mb/s

6. Ukrayna 7.7 mb/s

7. Gürcüstan 7 mb/s

8. Türkiyə 5 mb/s

9. Ermənistan 4.8 mb/s

10. Qazaxstan 4.6 mb/s

11. İran 4.3 mb/s

12. Zambiya 3.1 mb/s

13. Azərbaycan 3.1 mb/s

14. Zimbabve 2.7 mb/s

15. Qırğızıstan 2.5mb/s

16. Özbəkistan 1.3 mb/s

17. Türkmənistan 0.7 mb/s

Azərbaycan 208 ölkə arasında 142-ci yeri tutub

Ölkəmiz 2018-ci ildə 135-ci yerdə, 2017-ci ildə 102-ci yerdə olub. Yəni, Azərbaycan internet sürətinə görə son bir ildə 7 pillə, son iki ildə 33 pillə geriləyib. Azərbaycanda internetin sürəti dünya üzrə orta göstəricidən 3.5 dəfə aşağıdır. Əlbəttə, hər bir reytinq cədvəlində subyektivlik ola bilir. Amma nəticələri açıqlayan qurum kifayət qədər oturuşmuş və nüfuzlu qurum hesab olunur. Ciddi partnyorları var. Onun nəticələri İT sahəsinin qlobal oyunçuları tərəfindən qəbul edilir.

NRYTN son iki ildə olduqca konservativ və səhv siyasət yürüdür

Nəqliyyat Rabitə Yüksək Texnologiyalar Nazirliyi genişzolaqlı internetlə bağlı bütün yükü öz üzərinə götürüb. Bunu etiraf eləməkdən də çəkinmirlər. Nazirlik deyir ki, hər şeyi özü edəcək. Ona görə də bütün rabitə quyularının ağzını bərk-bərk bağlayıb və heç bir özəl kabel-kanal sisteminə yaxın buraxmır.

NRYTN tabeliyində olan dövlət operatorları gecələr özəl provayderlərin müştərilərini “oğurlamaqla” məşğuldur

Nazirlik təbii-inhisar subyekti olaraq, tənzimləyici və kommersiya səlahiyyətlərinə sahib olaraq, qanuni kommersiya səlahiyyətlərindən sui- istifadə edərək İnternet bazarında tam üstünlük əldə edib. Sektorda dövlətin xüsusi çəkisi hədsiz dərəcə yüksəlib. “Azercell” dövlətləşəndən sonra hiss olunur ki, nazirlik mobil internet bazarında bu qurum üçün daha üstün vəziuyyət yaratmaqda maraqlıdır. 50% internet bazarını ələ keçirən dövlət provayderləri bundan doymayaraq, yeni infrastruktur yaratmaq əvəzinə, köhnələri ələ keçirir. Regionlarda infrastruktur zəif inkişaf etdirilir. Alternativlər yoxdur. Elə bir neçə gün öncə Balakəndə adi bir texniki problem nəticəsində 7 saat internet olmadı.

Strateji Yol Xəritəsinnin icrası ilə bağlı son Hesabatlarda da Nazirliyin vəziyyəti yaxşı görsənmirdi

Strateji Yol Xəritəsinə görə, Azərbaycanda internet sürəti 2020-ci ildə 20 Mbit/s-ə, 2025-ci ildə 50 Mbit/s-ə çatdırılmalıdır. Bu sənədə görə gələn il NRYTN-nin tənzimləyici səlahiyyətləri əlindən alınmalı və Müstəqil Tənzimləyici qurum-Milli Telekommunikasiya Şurası yaradılmalıdır”.

Qeyd edək ki, 2019-cu ildə Dünya üzrə orta sürət 11 mb/s olub. 2018-ci ildə orta sürət isə 9 mb/s olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pəhriz saxlayanda kartof yeməyin: SƏBƏB
Bu xəstəliyi olanlar banan yeməlidir
İraq Prezidenti COP29-a dəvət olundu

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir