Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16469
az

Namazı yarımçıq kəsmək günahdırmı?

22:3904 Avqust, 2019
598
  • A
Namaz qılan zaman nə isə baş versə, namazı yarımçıq kəsmək olarmı? Bu, günah sayılmaz ki?

Namazı səbəbsiz yerə və ya qeyri-ciddi səbəbdən yarımçıq kəsmək olmaz. Çünki namaz insanın Allahla söhbəti kimidir. Bu söhbəti yarımçıq kəsmək Allaha ehtiramsızlıq sayılar. Amma bəzi istisna hallarda namazı kəsmək olar. Məsələn, namaz zamanı insan dəstəmazın pozulduğunu hiss etsə, məsələn, bağırsaqdan yel çıxsa, qadın heyz halına düşsə, sidik çıxdığı hiss olunsa, bu hallarda namazı dərhal kəsmək lazımdır. Əgər paklığı bərpa etmək mümkündürsə, paklıq işləri görülür (qüsl ya dəstəmaz alınır) və namaz yenidən qılınır.

Həmçinin, əgər insanın özünə və ya ətrafdakı bir adama ciddi təhlükə yaransa, bu halda da namazı kəsmək olar. Məsələn, insan namaz qıldığı vaxt güclü zəlzələ baş verir və dağıntılar yaranır. Və ya evdə uşaq yanan qaz sobası ilə oynamağa başlayır. Bu hallarda namazı yarımçıq kəsib narahatçılığı aradan qaldırmaq lazımdır. Sonra isə namaz ya qaldığı yerdən davam etdirilir, ya da başdan qılınır. Bir daha təkrar edirik ki, bunu ancaq zəruri hallarda etməyə icazə verilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
Ceyhun Bayramov Çexiyaya yola düşdü

12 barmağı  uşaq dünyaya gəlib

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Elza Seyidcahan:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
28 yaşlı gənc niyə intihar edib?