Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16373
az

Dəri xəstəliklərini müalicə edən İNANILMAZ YENİLİK

19:5501 Avqust, 2019
565
  • A
İzmir Yüksək Texnologiya İnstitutunun Araşdırma Mərkəzində badımcandan dəri xəstəliklərində istifadə ediləcək dərman hazırlanıb.

Oxu24.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, badımcandakı qlikoalkaloid maddəsinin dəriyə xeyirli olduğu üzə çıxıb.

Universitetin Molekulyar Biologiya və Genetika Kafedrasının professoru Doktor Sami Doğanlar və professor Doktor Anne Frarinin rəhbərliyi ilə badımcanın dəriyə təsirləri üzərində araşdırma aparılıb. Araşdırmaçılar badımcana parlaqlıq verən qlikoalkaloidi badımcandan əldə edərək bunu dərman halına gətirib. Dəri xəstəliklərində istifadə edilən bu dərman müsbət nəticələr verib.

Professor Doktor Sami Doğanlar badımcanın çox uzun illərdir müalicə məqsədilə istifadə edildiyini vurğulayıb:

“Biz də burada badımcanın iki xüsusiyyətindən istifadə etdik. Badımcana baxanda çox parlaq, düz və hamar olduğunu görürük. Bunu təmin edən badımcanın içindəki kimyəvi maddələrdir. Biz bu kimyəvi və parlaq maddənin insana təsirini öyrəndik. Ancaq dəriyə mənfi təsiri olmaması üçün bir neçə yol axtarışına çıxdıq. Laboratoriyamızda dərman formulunu inkişaf etdirdik. Nanotexnologiya üsullarla molekulu dərman olaraq istifadə etməyə çalışmışıq. Araşdırma göstərdi ki, qlikoalkaloid dəriyə çox xeyirdir.

Bir xəstənin dil xərçəngi hüceyrəsində dərmanı sınadıq və uğurlu alındı. Sonrakı mərhələdə onun siçanlar üzərində təsirlərini araşdıracağıq. Əgər bu nəticələr də müsbət olarsa, dərman şəklində istehsal olunacaq. Dərmanın bütün dəri xəstəliklərində, başda dəri xərçəngi, çiban olmaq üzrə bir çox dəri xəstəliklərinə yaxşı təsir edəcəyini düşünürük".

Araşdırmada o da qeyd olunub ki, badımcandakı qlikoalkaloidlər yüksək dozada qəbul edildiyi zaman toksik təsirə səbəb olur, hətta ölümə apara bilər. Odur ki, maddə dəriyə nano texnologiyaları ilə nüfuz etdirilib. Nano texnologiyaları ilə hüceyrə içinə daxil edildiyi üçün daha çox təsir göstərir. Bir növ damcı üsulu ilə tətbiq edilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskvada növbəti terror təhlükəsi!
Kolbasanı qızartmaq olmaz – Xərçəngə səbəb olur
Beyin sağlamlığı üçün ən yaxşı 5 balıq növü

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
ŞOK! İnternatdan qaçan uşaq birbaşa efirə girib  görün nələr  dedi +VİDEO
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət