Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16278
az

Sizə 500 manatdan artıq ZİYAN DƏYİB? - Eləsə bu xəbərə DİQQƏT!

10:4730 İyul, 2019
821
  • A
 
Ölkəmizdə geniş yayılan dələduzluq faktlarından biri vətəndaşların etibarından sui-istifadə edilərək pullarının bir şəkildə əlindən alınmasıdır.

Sosioloji araşdırmalara görə, ölkədə bu cür halların çoxalmasının ilkin səbəbi insanların maddi durumunun yaxşı olmamasıdır. Digər səbəb isə bu əməli özünə “peşə” edənlərin vərdişindən əl çəkə bilməməsidir. Maraqlıdır ki, bəzi hallarda məhkəmələr dələduzluqla bağlı işlərə baxmırlar və zərərçəkən problemini necə həll edəcəyini bilmir.

Görəsən, məhkəmələr dələduzluqla bağlı fakta hansı hallarda baxmırlar?

Məsələ ilə bağlı Vəkillər kollegiyasının üzvü, vəkil Roman Qaraşov Redaktor.az-a açıqlama verib.

O bildirib ki, əməlin dələduzluq kimi qiymətləndirilməsi üçün  minimum ziyan 500 manatdan artıq olmalıdır. Əks halda bu inzibati pozuntu sayılır:

“Ayrı-ayrı şəxslər arasında demək olar ki, hər gün yüzlərlə pul mübadiləsi, borc alınıb verilməsi halları olur. Alınmış pul borc öhdəliyidirsə, mübahisə yarandığı zamanı mülki qaydada məhkəmədə baxılaraq həll edilir. Alınmış pul dələduzluq etməklə əldə edilibsə, bu, artıq cinayət məsuliyyəti yaradır. Əvvəlcə istintaq orqanı olan polis bu məsələni araşdırır, daha sonra toplanmış sənədlərə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilir.  Bu məsələlərdə fərqi bilmək üçün əsas pul vəsaitini əldə edənin niyyətini aydınlaşdırmaq lazımdır. Belə ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir.
Dələduzluq cinayəti iki yolla həyata keçirilir

Cinayət Məcəlləsinin (CM) 178.1-ci maddəsinə əsasən, dələduzluq etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlidir. Yəni, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlir. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər.

Mülki mühakimə icraatı qaydasında həll edilməli olan mübahisələr bəzən  dələduzluq kimi qiymətləndirilərək, əsassız və qanunsuz ittiham hökmləri çıxarılır

““Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olubsa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir.
 Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il    tarixli qərarına əsasən

Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalıdır. Baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərar çıxarmaqla prokurora xəbər verməlidir”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Heç kim havadan pul vermir”
Yorğun olanda gözlərimizi ovuşdurmağın SƏBƏBLƏRİ
Dəmir orqanizm üçün niyə bu qədər vacibdir?

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qazax sakini buna görə tutuldu