Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16021
az

Bakıda güclü küləklə bağlı XƏBƏRDARLIQ

09:1823 İyul, 2019
615
  • A
 
Bakı Nəqliyyat Agentliyi (BNA) müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edir.

Oxu24.com  xəbər verir ki, agentlikdən AZƏRTAC-a bu barədə açıqlama verilib.

Bildirilib ki, sərnişinlər avtobus dayanacaqlarında gözləyərkən diqqətli olmalıdır. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməməli, həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət etməlidirlər.

BNA sürücülərə tövsiyə edir ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər.

Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib. Vətəndaşlardan hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin “141” Çağrı Mərkəzinə zəng etmələri xahiş olunur.  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Gecə-gündüz dua edirdim ki, divanımız olsun” – VİDEO
Qara dəliyin ən aydın görüntüsü çəkildi - Fotolar
Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM