Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16015
az

Çıldağ müalicəsi və FAYDASI

21:1422 İyul, 2019
1468
  • A
 Xalq təbabətində müxtəlif müalicə üsulları var. Şərq təbabətində, o cümlədən Çin təbabətində orqanizmin müəyyən nöqtələrinə iynə batırmaqla aparılan müalicə forması geniş yayılıb. News24.az xəbər verir ki, çıldağın əsasında da bir növ bədənin bioloji fəal nöqtələrinə od vasitəsilə təsir göstərmək, onu oyandırmaq durur. Çıldağ edəndən sonra bəzən qurğuşun əridərək xəstənin başı üzərində bir neçə dəfə hərləyir, bəzən isə kürəkdəki nəzər damarını ovxalayırlar.
Təbabətdə termoterapiya adlanan nöqtəvi dağlama yolu ilə aparılan müalicə forması mövcuddur. Kiçik pambıq parçalar siqaret kimi uc-uca calanaraq orqanizmin bioloji aktiv nöqtələrinə istilik verilir. Əslində söhbət həmin nöqtələri yandırmaqdan yox, oyatmaqdan gedir və onlar orqanizmdə çox böyük rol oynayır.
Çıldağla müalicə üsulu ilə uzun illər məşğul olanların dediyinə görə, orqanizmdə 27 belə aktiv nöqtə var. Həmin nöqtələr oynaqlarda, alında, boyun nahiyəsində, qollarda və dizlərdə olur. Onların dediyinə görə, qorxu zamanı ilk təsir ayaqlarda özünü göstərir. Bundan başqa dildə səpgi, göz qırpmaq, yuxuda qışqırmaq və səksənmək də xəstəliyin əlamətlərindən hesab olunur.
İnsan təkcə fiziki deyil, həm də energetik varlıq kimi də mövcuddur və onun ətrafında energetika sahəsi var. Stress və depressiyalar nəticəsində onun ətrafındakı energetika sahəsi daralır. Stressi atmağın bir yolu da çıldaq etdirməkdir. Hətta Bakı kəndlərinin bəzilərində onu “damar əzələsini boşaltmaq” da adlandırırlar. Ona görə də qorxu zamanı və stress keçirəndə az qala hər həftə çıldaq etdirənlər olur və bu, bir növ vərdişə çevrilir.
Oda sitayiş, odla qorxutmaq atəşpərəstlik dövrünün inanclarından hesab olunur. Ona görə də bəzən çıldağı həmin dövrdən indiyə gəlib çıxan bir müalicə forması kimi qəbul edirlər. Çıldağa üz tutanların şəfa tapması isə ona olan inamın güclü olması ilə əlaqələndirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda məşhur klinika satışa çıxarıldı – Qiyməti
Paltaryuyana 1 paket quru maya əlavə edin - Nəticə sizi təəccübləndirəcək
“Simpsonlar”ın 2024-cü illə bağlı PROQNOZLARI - Reallaşanlar və qorxunc ehtimallar - FOTO

Qaş və kirpikləri ilə hamını təəccübləndirən körpənin atası Baku TV-yə danışdı

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR