Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16006
az

Ehtiyac içində yaşayan aciz vətəndaşa kömək etmək istəyən yoxdur

19:1422 İyul, 2019
847
  • A
 
Kürdəmir rayonunun Atakişili kəndində yaşayan Zenfira Süleymanovanın həyat tərzini görən bir çoxları yəqin ki, həyatında narazı olduğu bir çox şeylərin əslində xəfif problemlər olduğunu düşünər.Bizimyol.info-nun bu günkü “qəhrəman”ı illərdir tək-tənha, daxma deməyə dil gəlməyən uçuq- sökük bir komada yaşayır.5 il öncə həyat yoldaşı rəhmətə gedib. Övladları olmayıb. İçərisində yaşadığı bu daxmanı da başlarının üzərində o zaman xəstə olan əri qaraldıb. Bir zamanlar bu həyətə, qaynatasının evinə gəlin gəlmişdi. Lakin illər öncə hələ o zaman köhnə olan o ev uçulub. Zenfira hətta tualeti, hamamı olmayan bu damda ilanlardan, gəmiricilərdən, çaqqaldan, canavardan qorxa-qorxa yaşayır. Aldığı 160 manat pensiya ilə tək başını dolandırmağa çalışır.Öz dediyinə görə, hamama , tualetə də qonşuların evinə gedir. Yayda ilandan, müxətlif gəmricilərdən qorxur, qışda soyuqdan donmaqdan.
Zenfira Süleymanovaya hər hansı bir dəstəyin verilib-verilməməsi ilə əlaqədar Kürdəmir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətində 0202220002 nömrəli telefona cavab verib adını söyləməyən əməkdaş bildirdi ki, Zenfira Süleymanovaya hər hansı kömək göstərilməsi üçün o rayon mərkəzinə gəlib kömək istəməlidir. Kəndin ayağında, tək-tənha çox pis vəziyyətdə yaşayan bu qadının ora necə gəlməli olması barədə düşünmədən çox kobud şəkildə sözümüzü kəsib dəstəyi asdı. Toxun acdan xəbəri olmaz.
Atakişili kənd Bələdiyyəsinin rəhbəri Atamoğlanov Rahid Atakişi oğlu ilə əlaqə saxladıq. O kənddə belə çətin vəziyyətdə yaşayan bir qadının olmasından xəbərsiz olduğunu söylədi. Rahid Atamoğlanovun dediyinə görə, kənddə 8000 nəfər yaşayır, düzdür hamını əzbər tanıya bilməz buna haqq veririk. Lakin dövləti təmsil edən bir şəxs olaraq onlar sosial vəziyyəti ağır olan insanlar barədə xəbər tutmağa sadəcə borcludurlar. İcra Hakimiyyəti isə xəbərim yoxdur kimi ifadələrlə başından etməməli, məsuliyyətdən qaçmamalıdır. Faktiki olaraq zəng edib xəbər verdik. Əgər imkansızlıqdan çörək almağa gücü çatmırsa, bu qadının rayon mərəzinə də getməyə imkanı yoxdur. Demək xalq üçün o kresloda oturan məmur yerindən qalxıb o xalqın ayağına, indiki halda çətin vəziyyətdə , kimsəsiz qalmış bu qadının köməyinə getməlidir. Məsələni diqqətdə saxlayacağıq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Heç kim havadan pul vermir”
Yorğun olanda gözlərimizi ovuşdurmağın SƏBƏBLƏRİ
Dəmir orqanizm üçün niyə bu qədər vacibdir?

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qazax sakini buna görə tutuldu