Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15697
az

Şəkidə Xan Çinarının budaqlarının qırılmasının ilkin səbəbi məlum olub

10:1415 İyul, 2019
896
  • A
 
Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının iki budağının qırılaraq yerə düşməsinin ilkin səbəbi məlum olub.


Oxu24.com  xəbər verir ki, bu barədə Şəki Yuxarı Baş Dövlət Tarix Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva məlumat verib.


T.Abdullayeva bildirib ki, ağacın iki budağının qırılıb düşməsinə səbəb son zamanlar mütəmadi yağan leysan xarakterli yağışlar və güclü külək olub: "Son günlər yağan aramsız yağışlar və bu gün səhər saatlarından başlayan güclü külək nəticəsində Xan Çinarı ağacının iki böyük budağı qırılaraq yerə düşüb. Hadisə zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb".


Qoruq direktorunun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Respublika Baş Prokurorluğunun əməkdaşları ərazidə araşdırma aparırlar: "Ağacın 500-ə yaxın yaşı var. Ona görə də iki böyük budağın qırılıb düşməsinin səbəbi araşdırılır. Ağacdan və ərazidən nümünələr götürülüb və laboratoriya şəraitində analizlər aparılır. Təbii ki, əsas səbəblər araşdırmanın yekun rəyindən sonra bilinəcək. Bəlkə ağaca qurd düşüb, bəlkə yaşının çoxluğundan hər hansı çürümə baş verib. Onu biz deyə bilmərik".

 

T.Abdullayeva əlavə edib ki, ağacın budağının qırılıb yerə düşməsi nəticəsində Şəki Xan Sarayına ciddi ziyan dəyməsə də, çardaq hissəsində bir neçə kirəmit qırılıb.

 

Qeyd edək ki, hadisə və xəsarət alan şəxslərin müalicəsi dövlət başçısının xüsusi nəzarətindədir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evinizdə pişik yaşayır? Təcili bütün daxili qapıları açın - SƏBƏBİ
Bu xəstəliyi olanlar banan yeməlidir
İraq Prezidenti COP29-a dəvət olundu

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir