Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15549
az

Hava ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ

13:0311 İyul, 2019
1449
  • A
 
Azərbaycanda iyulun 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz olacaq. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 749 mm civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz olacaq.

Abşeron çimərliklərində Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 12-də hava, əsasən, yağmursuz keçəcək, lakin gün ərzində bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO