Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15522
az

Flora Kərimovanın sidik qəbuluna tanınmış həkimdən ŞOK REAKSİYA - İnanılmaz FAKTLAR

00:1411 İyul, 2019
1150
  • A
"Urinoterapiya (sidiklə müalicə üsulu - red.) hər şeyin fövqündə duran qədim müalicə növüdür. Ancaq düzgün istifadə edəsən gərək. Mən ailə üzvlərimi urinoterapiyasız qoymuram".

Oxu24.com xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova medicina.az-a deyib. O, müsahibəsində bildirib ki, 20 ildir bu müalicə üsulundan istifadə edir və 10 yaşınadək olan uşaqların sidiyini qəbul edir. Xalq artistinin bu çıxışı sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Ox bil24.com bildirir ki, mövzu ilə əlaqədar qastroenteroloq-hepatoloq-endoskopist Dr. Ülvi İbrahimov publika.az-a açıqlama verib. O bildirib ki, tibbin inkişaf etdiyi bir dövrdə sidik yolu ilə müalicə üsuluna ehtiyac yoxdur:

"Bunun qəti əleyhinəyəm, tibbi-nöqteyi nəzərdən heç b ir sübutu yoxdur. Bu mövzuda genişmiqyaslı elmi araşdırmalar aparılmayıb. Əldə olunan nəticələr yetərli deyil, tibbi nöqteyi-nəzərdən heç bir sübutu və dəqiqliyi yoxdur.

Urinoterapiya digər ölkələr də var, xüsusilə Hindistanda daha çox istifadə edilir. Lakin bu, mübahisəli məsələdir. Sidiklə müalicəni hər insan istifadə edə bilməz, mədə-bağırsağın vəziyyətindən asılıdır. Mədə-bağırsaqda hər hansı ciddi problem varsa, urinoterapiya zamanı vəziyyəti daha da ağırlaşdıra, zəhərlənməyə gətirib çıxara, hətta ölüm hadisələri də baş verə bilər. Bu dərəcədə ağır fəsadları ola bilər. Odur ki, məsələyə ciddi yanaşmaq lazımdır".

Mütəxəssis daha sonra əlavə edib ki, bu gün hər bir xəstəliyin müasir müalicə protokolları mövcuddur:

"Hesab edirəm ki, sidiklə müalicə üsuluna heç bir ehtiyac yoxdur. Sadəcə bəzən çarəsiz qalaraq bu yola müraciət edirlər. Amma bunun özü təhlükəlidir. Çünki çarəsiz qalan insanlar normal vəziyyətdə deyil, sağlamlığın orta ağır olduğu halda bu üsuldan istifadə edir. Nəticədə, əks problemlər meydana gəlir. Yaxşı olardı ki, urinoterapiya həkim mədə-bağırsaq sistemini yoxladıqdan və hər hansı əks-göstəriş olduğunu yoxladıqdan sonra, həkim məsləhəti ilə və xalq təbabəti ilə məşğul olan həkimlər tərəfindən həyata keçirilsin".

Xatırladaq ki, xalq artisti müsahibəsində urinoterapiyanın faydalarını belə ifadə edib:

"Urinoterapiya bağırsaqları təmizləyir. Bütün xəstəliklər bağırsaqlardan gəlir. Beyinə çox yaxşı təsir edir. Bilirsiniz, xəstəlik elə bir şeydir ki, hansısa bir yerdə səni haqlayır. Ancaq o orqanın mərkəzi beyindədir. Əgər siz o orqanı müalicə edirsinizsə, mərkəz müalicə olunmursa, o xəstəlik mütləq qayıdır. Urinoterapiya məhz mərkəzə təsir edir. Həkimlər niyə bunun əleyhinədir? Qorxudurlar? Çünki urinoterapiyanın yolu ilə gedəndə adamlar hansısa mənfi fəsadla rastlaşır. Bədəni səpir və s. O saat qorxurlar, deyirlər olmaz, urinoterapiya bədənini zəhərlədi. Yox. Onu düzgün istifadə etmək lazımdır. O haqda məndən soruşurlar. Artıq 20 ildir nəticəsini bilirəm. Yəni 78 yaşıma çatmağımda bu terapiyanın rolu var. Övladlarıma da bunu edirəm".

Sənətçi bildirib ki, bu barədə kitablardan informasiya toplayıb:

"İndi qurddan danışırlar, dərmandan danışırlar. Bunu evdə özünüz də edə bilərsiniz. 10 yaşadək olan uşaqların sidiyini için. Bir ailə var idi. "Qaynanmış urino" deyirlər. Yəni qaynadırsan, sonra imalə edirsən. O ailənin yanına bir ay getdim. On gün imalədən sonra torba-torba balaca qurdlar düşdü. Böyükdən də, balacadan da. Tanıdığım ailə idi. Əri məhbus idi. Sonra mənim bir dostum var idi, diabet xəstəsiydi. Hər gün gedirdim onun evinə, xanımına imalə elətdirirdim. İmalədən sonra artıq yaxşı hiss edirdi özünü. Ancaq təəssüf ki, adamı yandıran bir səbəbdən dünyadan köçdü. Venadaxili iynə vurdular hava qaldı damarda. Bu müalicə üsulunun bütün xəstəliklərdə effekti var. Ancaq gərək düz tətbiq edəsən". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
ÜST-dən QORXULU AÇIQLAMA:

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Fikrət 10 gün əvvəl də tutulubmuş