Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15368
az

Sosial şəbəkələrdə kimi nöqtə, kimi vergül istəyir,...

21:0707 İyul, 2019
765
  • A
Son zamanlar sosial şəbəkələrdə tez-tez qarşılaşdığımız bir ifadə var: "Paylaşımlarımızı bəyənin, şərh bölməsinə nöqtə, vergül qoyun, səhifəmizi paylaşın və s.". Bu cür yazılar niyə yazılır, bunun bir əhəmiyyəti varmı, yoxsa əsas məqsəd kütləni cəlb etməkdir? Bu cür yazıların əvvəlində isə qeyd olunur ki, "səhifəmiz spama düşüb".

Son zamanlar internetdə məşhurlaşan "bloq"ların və "viki"lərin xüsusiyyəti onların səhifələrinin asanlıqla idarə olunmasıdır. Spamerlər də bundan istifadə edərək reklam məzmunlu yazıları bu səhifələrə əlavə edirlər. Eyni zamanda spam yalnız internet vasitəsilə deyil, mobil telefonlara da qısa mesaj formasında göndərilə bilir.

Oxu24.com ted.az-a istinadən bildirir ki, bəs bu cür paylaşılan fotolara şərh yazılması spamın qarşısını almağa kömək edirmi?  Şərh bölməsinə yazılan nöqtələrin, vergüllərin və ya hər hansı sözlərin bu problemin aradan qaldırılmasına nə kimi təsirləri var?

Bu barədə İKT üzrə ekspert Elmar İsmayılov bildirdi ki: "Nöqtə, vergüllə bağlı konkret məlumatım yoxdur, amma instagramda profilin aktivliyini artırmaq üçün şərh yazmaq vacibdir. Yəni sizin hansısa postunuza kimsə şərh yazırsa, şərhi yazan adamın dostları da profilinizi görmüş olur, bununla da bir növ sizin reklamınız gedir. İstagramın yardım bölməsində spama düşməmək üçün paylaşımlarınızda şərh bölməsinə nöqtə, vergül qoyulmalıdır deyə bir şərt yoxdur. Digər səbəb isə o ola bilər ki, bəzi profillərə avtomatik davranışlar icra edən kod quraşdırılır və həmin profil avtomatik olaraq dostluq göndərir, müxtəlif paylaşımları "like" edir, şərhlər yazır və s. İnstagram belə profilləri təyin edəndə şərh yazmaq və "like" etmək imkanlarını məhdudlaşdırır. Ola bilər ki, nöqtə, vergül istəyənlər düşünürlər ki, paylaşımları "like" edib, şərh yazanda instagramın alqoritmi elə düşünəcək ki, bu profil saxta deyil və onu canlı biri idarə edir. Hər iki halda nöqtə, vergülün  texniki olaraq heç bir köməyi yoxdur. Sadəcə olaraq istəyən şəxsə profilini aktivləşdirməkdə kömək edə bilərsiz".

Mövzu ilə əlaqədar "Mediamark Agentliyi"nin drektoru, Orxan Rzayevin də fikirlərini öyrəndik. Sosial mediya üzrə mütəxəssiz qeyd etdi ki, bunun elə də əsası yoxdur, yəni paylaşımlara nöqtə, vergül qoymaqla təhlükənin arada qalxması deyə bir qayda yoxdur: "Bunu edənlər insanların xoş niyyətlərindən istifadə edirlər. Xüsusən Azərbaycan kimi bir ölkədə insanlar bu cür çağırışlara daha tez reaksiya verirlər. Deyirlər ki, nöqtə, vergül qoyum, insanların problemi həll olsun. Yaxşılıq etmək istəyir, amma, aldanır".

Ekspert həmçinin bildirdi ki, bunların tələb edilməsinin əsas səbəbi "Facebook" və "instagram"ın alqoritminin sosial media hesabının aktivliyindən aslı olmasıdır: ""Facebook" və "instagram"ın alqoritmi elədir ki, sosial media hesabında nə qədər aktivlik olsa, "like" edilib, şərh yazılsa həmin paylaşım daha çox önə çıxır. Ona görə də belə bir yola əl atırlar. Başlığı da belə qoyurlar ki, "like" edin, şərh yazın, hesabım blokdan çıxsın və ya spama düşməsin. Bunun da məsələyə heç bir aidiyyayı yoxdur. Sadəcə nöqtə, vergül yazanların hesabına həmin səhifələrin aktivliyi artır. Bununla da növbəti paylaşımı daha çox insan görür".

Araşdırmalar zamanı məlum olub ki, spam göndərən saytlar əslində özlərinə ziyarətçi axtarırlar və bu cür məktublar göndərilən saytı qətiyyən izləmək olmaz. Eyni zamanda spam tipli olan məktubları açmaq və oxunması üçün başqaları ilə paylaşmaq da məsləhət deyil. Bunun qarşısını almaq üçün Email təmizləyicisi vasitəsilə gələn mesajlara qadağa qoya bilərsiniz. Spamların daha çox yayıldığı yer isə sosial şəbəkələrdir. Ona görə də şəxsi məlumatlarınızı burada yerləşdirərkən diqqətli olmaq lazımdır ki, spamerlərin hədəflərindən biri də siz olmayasınız.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Saxta SİQARETLƏR: məktəblərin qarşısındakı alver, xərçəng riski – EKSPERTLƏR AÇIQLADI
Vətəndaş nikahlarının qadağan olunmasi təklifinə ilahiyyatçılardan cavab - VİDEO
Pəhriz saxlayanda kartof yeməyin: SƏBƏB

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO