Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14794
az

Yuxuda ilan görən gənc qadının başına görün nə gəldi - Yozmalar doğru çıxdı

19:4321 İyun, 2019
1237
  • A
 Əgər xanım yuxuda ölü ilan yeyirsə, bu o deməkdir ki, ikiüzlü dostun pisliyi və xəyanəti onu əzab çəkməyə vadar edəcək.

Oxu24.com müxtəlif yuxu yozmalarla bağlı mənbələrə istinadən bildirir ki, ilanlar haqqında yuxular pis əlamət sayılır. Yuxuda kiməsə hücum çəkən ilanlar görmək yaşamaq və vicdan əzabına görə mübarizəyə işarədir. Yuxuda ilan öldürmək o deməkdir ki, öz maraqlarınıza çatmaq və başqalarının sizin maraqlarınızla hesablaşması üçün hər şeyə əl atacaqsınız. Yuxuda ilanların arasından keçmək o deməkdir ki, daim xəstəlik qorxusu ilə yaşayacaqsınız, dostlarınız arasında eqoistlər isə sizin yerinizə göz dikəcəklər.

Əgər yuxuda sizi ilan sancarsa, həyatda düşmənləriniz işlərinizə xələl gətirəcək. Yaşıl otun üstündə yastı, xallı ilan sizə tərəf sürünürsə və siz geri çəkilirsinizsə, onun yenidən sizin yaxınınızda olduğunu hiss etmirsinizsə və daha da böyüyərək nəhəng bir ilana çevrilirsə, böyük səylə bu dəhşətli heyvandan xilas olursunuzsa, bu, işlərinizin tezliklə pisləşəcəyinə işarədir. Xəstəliklər, narahatlıq, əsəbilik sizdə artacaq, lakin hər şey yaxşı bitəcək, acılar unudulacaq, siz işinizə görə mükafatlandırılacaqsınız.

Yuxuda ilanın halqa şəklində ətrafınızda dolandığını və öz dilini çıxardığını görmüsünüzsə, bu, düşmənlərinizin əlində gücsüz olacağınıza və sizi xəstəliyin gözlədiyinə işarədir. Əgər yuxuda əlinizdə ilanı tutmusunuzsa, bu o deməkdir ki, həyatda ilk baxışdan əhəmiyyətsiz görünən hadisələr sizə narahatlıq və qayğı verəcək.

Çayda çimərkən, yaxud çaydan keçərkən ilan görmək və ya onu tapdalamaq sevincdən həyəcanlanacağınıza işarədir. Yuxuda ilanın başqalarını sancdığını görmüsünüzsə, bu, həyatda dostunuzun xətrinə dəyəcəyinizə işarədir. Yuxuda balaca ilanlar görmək sizin planlarınızı alt-üst edəcək və arxanızca danışaraq sizi rüsvay edəcək adamlara qarşı səmimi və mehriban olacağınıza işarədir.

Yuxuda ilanla oynayan uşaq görmək o deməkdir ki, siz dostunuzu və düşməninizi tanımaqda çaşqınlığa düşəcəksiniz. Əgər qadın ilan fışıltısı eşidərək arxasında duran uşağa görə narahat olursa, bu o deməkdir ki, həyatda onu öz yaxşılığı üçün dəyərli bir şeydən vaz keçməyə məcbur edəcəklər.

Qeyd edək ki, yuxu yozmalarına inanan insanlar az deyil. Türkiyədə gənc qadın yuxuda ilanı ovsunladığını görüb. Xanım bildirib ki, həmin yuxudan sonra o, həyatda təzyiqlərə məruz qalıb. Ona böhtanlar atılıb. Xanımın sözlərinə görə, nüfuzlu dostları olmasaydı ciddi çətinliklərlə üzləşəcəkdi. Türkiyəli hesab edir ki, yuxuda ilan görməsi ona üzləşəcəyi hadisələr barədə işarə versə də, gənc bunu diqqətə almayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır
80 yaşlı atanın 32 illik oğul nisgili - VİDEO
Xərçənglə mübarizədə zəncirotu faydalıdırmı? - VİDEO

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Rusiya sülhməramlıları niyə vaxtından əvvəl Qarabağdan getdi? - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Vətəndaşları aldadan şirkət rəhbərləri saxlanıldı