Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14672
az

“Çörəyi çox yemək xəstəliklərə YOL AÇIR!” - Mütəxəssis MƏSLƏHƏTİ: “İmtina edin!”

23:1218 İyun, 2019
781
  • A
Tarix boyu çörək üstündə qırğınlar baş verib, müharibələr gedib.

Çörəyin müqəddəsliyi haqqında bu günə kimi çoxlu sayda kitab yazılıb, məsləhətlər verilib, fikirlər söylənilib, zərbi-məsəllər yaranıb.  

Azərbaycanlıların gündəlik qida rasionunda xüsusi çəkiyə malik olan çörəyi ən müqəddəs nemət sayır, onu Quranla bərabər tuturuq. Yəqin ki, nənələrimiz də təsadüfən "Çörək Qurandan irəlidir!" deməyiblər.

Xalqımız həmişə dar məqamlarda "Çörək haqqı!",-deyə bu müqəddəs nemətə and içir, Tanrıdan çörəklə imtahana çəkilməməyini diləyir, ən hörmətli qonağını duz-çörəklə qarşılayır. Bəzən haqsızlıqla üzləşən soydaşlarımızın pis adamları "Səni görüm çörək tutsun!",-deyə qarğış etməsi sanki bu müqqədəs nemətin hər şeyə qadir olduğuna bir işarədir.
Ona görə də Azərbayacan folklorunda çörəklə bağlı müxtəlif atalar sözləri, aforizmlər, bayatılar, qarğışların olması təsadüfi deyil. Onlardan bəzilərini yada salaq: Çörəyi tapdalamazlar; Çörəyi ver çörəkçiyə, birini də üstəlik; Nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı; Duzsuz çörəyin dadı, çörəksiz kişinin adı olmaz; Bir tikə çörək dağ aşırar; Torpağa düşməsin havayı bir dən, çörək bol olarsa basılmaz Vətən; Çörəyi dizinin üstündədir; Duz çörək-düz çörək; Çörək sənə qənim olsun; "Çörək itirən çörək tapmaz"  və s.

Bəs çörəyə bu qədər dəyər verilməsi, ondan ötrü özümüzü bu qədər öldürməyimizə dəyərmi?

Statistikaya görə, azərbaycanlılar dünyada ən çox çörək yeyən xalqlar sırasında yer alır.

Hər bir azərbaycanlı gün ərzində təxminən 350 - 500 qram çörək yeyir. Bu rəsmi göstərilən normadır. Müşahidələr isə göstərir ki, gün ərzində 1 kq çörək yeyənlər də az deyil.

Mütəxəssislər isə deyirlər ki, çörəyin çox istifadəsi insan orqanizminə ziyanlıdır.

Day.Az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a açıqlamasında qida rasionunda çörək miqdarının minimuma endirilməsini məsləhət görüb:

"Əhali bilməlidir ki, hazırkı zamanda çörək insanlara o qədər də xeyirli olmayan bir qidadır. Çünki insanlarda şəkər, ürək-damar xəstəliklərinin yaranmasına və şiddətlənməsinə təsir edir...
Mən özüm son 5 ildə çörəkdən imtina etmişəm. Bəziləri "çörəksiz yeyəndə doymuram" deyir. Kökündən yanlış düşüncədir".

"Ana Təbiət" Natural Gigiyena Mərkəzinin rəhbəri, yazıçı-jurnalist Ərşad Əzimzadə də deyir ki, yüksək sivilizasiyalı ölkələrdə çörəyi geridə qalmış ölkələrə nisbətən 5-10 qat az yeyirlər.

"Sən demə çörək heç də biz düşündüyümüz qədər dəyərli qida deyilmiş", - Ə.Əzimzadə deyib.

Onun sözlərinə görə, çörəyi çox yemək müasir həyatın ən böyük bəlalarındandır.

"Bu "xəstəlik" bizim respublikanın vətəndaşları üçün daha çox təhlükə doğurur. Biz çörəyi həddindən artıq çox yeyirik. Anlamaq lazımdır ki, tərkibində vitamin və mikroelement qalmayan çörək, üstəlik, özündə duzu, sodanı, mayanı digər zərərli əlavələri cəmləşdirir. Həm də çörəyi elə qidalarla birlikdə yeyirik ki, onların qonşuluğu orqanizm üçün çox zərərlidir. Çörək - bir çox xəstəliklərin törəməsi üçün mənbə sayılır. Çörəyin həddən çox ayrıca qəbul edilməsi isə orqanizmə böyük zərbə vurur. Lakin çörəyi digər qidalarla, xüsusilə zülalla zəngin olan heyvandarlıq məsulları ilə birlikdə yemək daha böyük fəsadlar törədir".

Tanınmış loğman deyir ki, çörəyi öz rasionundan çıxardan iradəli dərrakəli şəxslərin itirdiyi yeganə şey - xəstəlik ola bilər:
"Təkrar edirəm: dənli bitkiləri yalnız çiy-çiy yemək faydalıdır, o cümlədən də buğdanı".

Ə.Əzimzadə çörəksiz yaşamağı heç cür ağlına gətirə bilməyən şəxslərə də məsləhət verib:

"Heç olmasa aşağıdakı qaydalara əməl etsin:
a) çörəyi az yemək
b) çörəyi bol-bol tərəvəz və göyərtilərlə birlikdə yemək
c) çörəyi digər zülallarla (ələlxüsus, heyvandarlıq məhsulları ilə) qarışdırmamaq
d) çörəyi meyvə ilə qarışdırmamaq".

Ə.Əzimzadə deyir ki, kartofu da heç vaxt çörəklə yemək olmaz.

"Taxıl məhsullarının ən böyük qüsuru ondan ibarətdir ki, onun tərkibindəki amin turşularının tarazlığı qeyri-mütənasibdir. Yəni dəyişilməsi mümkün olmayan amin turşuları taxılda çox azdır, dəyişilənlər isə həddən artıq çoxdur. Onlar isə həyatımızda heç bir rol oynamırlar...
Dənli bitkilərdən hazırlanmış qidanın (o cümlədən çörəyin) bəlası ondadır ki, zülal tarazlığının pozulması və qeyri-mütənasibliyi sayəsində orqanizm daha çox zülal xörəyi tələb edir. Bu xörəyi həzm etmək və qana sormaq üçün çoxlu vitamin tələb olunur. Beləliklə də adam orqanizmə lazım olduğundan qat-qat artıq qida qəbul edir. Acgözlük, qarınqululuq, köklük xəstəliyi də bununla bağlıdır. İnsan bədəni möhkəmliyini itirir, lırt olur, qocalıq kök adamın başının üstünü alır".

Ə.Əzimzadə deyir ki, çörəyi cod undan (kobud üyüdülmüş) bişirmək məsləhətdir:

"Çünki bizim hemoqlabinimiz üçün lazım olan dəmir dənin qabığında cəmləşib.
Fikir verin: biğda qabığında ən yüksək növ buğda unundan 5 dəfə çox dəmir vardır".

Bəs nə üçün çörək bütün xalqların 1 nömrəli qidasına çevrilib?

"Ana Təbiət" Natural Gigiyena Mərkəzinin rəhbəri deyir ki, bunu bir neçə amillə izah etmək olar:

"Birinci - dənli bitkiləri hasilə gətirmək üçün o qədər də böyük xərc və zəhmət tələb olunmur, taxılı əkirsən, zəmiyə yüngülvari qulluq edirsən və biçirsən.
İkinci - taxıl hər yerdə bitir. Üçüncü - taxıl anbarda yaxşı qalır, onu saxlamaq asandır. Meyvə-tərəvəz isə tez sıradan çıxır.
Lakin dənli bitkiləri gözdən salmaq ədalətsizlik olar. Alimlərin fikrincə, dənli bitkiləri diri-diri, bütöv halda yemək faydalıdır.
Məsələn, cücərmiş buğda ilə müntəzəm qidalananda orqanizmdə cavanlaşma prosesi gedir, soyuqdəyməyə qarşı güclü immunitet yaranır, adam sağlamlaşır".

Ə.Əzimzadənin sözlərinə görə, buğda dənlilər arasında ən çox turşu yaradan növdür. Düyü isə dənlilərin ən yaxşısıdır. O, çörəkdən düzgün istifadə qaydaları haqda özünün "Möcüzəsiz möcüzə" kitabında geniş bəhs etdiyini də əlavə edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Gecə-gündüz dua edirdim ki, divanımız olsun” – VİDEO
Qara dəliyin ən aydın görüntüsü çəkildi - Fotolar
Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM