Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14494
az

Talassemiya xəstəliyindən əziyyət çəkən gənci əsgərliyə aparıblar - DSX-da müəmma

12:1013 İyun, 2019
2003
  • A
 

"Oğlum talassemiya xəstəliyindən əziyyət çəksə də, artıq 5 aydır ki, hərbi xidmətdə saxlanılır.Onun müalicəsindən, səhhətindən çox narahatam."

Oxu24.com  xəbər  verir  ki, bu  sözləri  Femida.az   saytına  müraciətində  hazırda Dövlət Sərhəd Xidmətində hərbi xidmət keçən əsgər Abdullayev Elnur Ramiz oğlunun anası Gözəl Abdullayeva bildirib. Onun sözlərinə görə, oğlu hazırda DSX-nın Lənkəranda yerləşən hərbi hissəsində xidmət keçir.

"Oğlum 1998-ci il təvəllüdlü Elnur Abdullayevdə müayinələrdən sonra talassemiya xəstəliyinin olduğu üzə çıxdı. Bundan sonra onu Dövlət Sərhəd Xidmətinin hospitalına apardılar. 5 aydır ki, övladım yollarda qalıb. Mənə deyir ki, cəmi bir dərman içir. Özüm də maraqlanmışam. Bu xəstəliyi müalicə etmək mümkün deyil. Ciddi nəzarət lazımdır. Bu qədər ciddi xəstəliyinin olmasına baxmayaraq onu təxris etmirlər. Hospitalın Gülnarə adlı həkimi ilə danışdım. Bizə rəsmi kağız verdilər ki, həqiqətən də xəstədir. Belə olan halda niyə təxris etmirlər?"


Gözəl Abdullayevanın sözlərinə görə, dəfələrlə DSX rəhbərliyinə müraciət etsə də, müsbət cavab ala bilməyib.

"Mənə deyirlər ki, niyə imkan vermirsən uşaq xidmətini etsin. Deyirəm ki, o xəstəliklə necə xidmət edə bilər? Oğlumun sağlamlığından, həyatından çox narahatam. Onu təxris etsinlər ki, özüm müalicə etdirəm.Qardaşım Sabir Cəfərov Ağdam işğal olunan zaman 1993-cü ildə düşmənə əsir düşüb. Meyitini belə ala bilmədik. Daha sonra Ağdam işğal olunan zaman iki övladımı itirdim. Düşmənin hücumu zamanı kənddən qaçarkən bir oğlum və qızımı avtomobil vurub öldürdü. Bu qədər ağır travmalardan sonra bu övladımı da itirmək istəmirəm. Xahiş edirəm ki, qurumlar dərhal reaksiya versinlər. Oğlumun müalicəsi gecikir."

 


Femida.az məsələ ilə bağlı Sərhəd Xidmətinin mətbuat şöbəsinin baş zabiti Rövşən Cahangirovla əlaqə saxlayıb. Rövşən Cahangirov saytımıza məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə rəsmi şəkildə məktub yazılmasını və bu məsələyə onun cavab verə bilməyəcəyini bildirib. Femida.az məsələ ilə bağlı DSX rəhbərliyinə rəsmi şəkildə sorğu ünvanlayıb. Məsələni diqqətdə saxlayacağıq.

Məlumat üçün bildirək ki, talassemiya anadangəlmə xəstəlikdir. Xəstəliyin səbəbi orqanizmdə anormal hemoqlobin formasının hasil edilməsidir. Hemoqlobin qırmızı qan hüceyrələrin tərkibində oksigen daşıyan zülaldır. Bu xəstəlikdə qırmızı qan hüceyrələri külli miqdarda parçalanır və buda qanazlığına (anemiyaya) gətirib çıxarır. Anemiya orqanizmdə normal sağlam qırmızı qan hüceyrələrinin çatışmazlığıdır.

Talassemiya xəstəliyi anadangəlmədir, xəstənin valideynlərinin heç olmasa biri dəyişmiş genin daşıyıcısıdır.

Bəs Talassemiya xəstəliyindən əziyyət çəkən şəxs hərbi xidmətə necə aparılıb?

Əsgərin anası Gözəl Abdullayeva güman edir ki, oğlu başqa bir əsgərin yerinə hərbi xidmətə aparılıb.

"Bu xəstəlik anadangəlmə olur. Biz bilmirdik ki, oğlumda belə xəstəlik var. Bildiyiniz kimi hərbi xidmətdən öncə əsgərlər tibbi müayinələrdən keçir. Bəs həmin vaxt həkimlər bunu görməyibmi?"


 
Bəs Qanun nə deyir?


Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanununa əsasən hərbi xidmətə yollanan şəxslərin tibbi müayinədən keçirilməsi məcburidir.

Müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər.

Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir:

- müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında;

-sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında;

-sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında;

-dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında;

- həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında


Qanuna görə, tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir.Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər.

20.3. Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ən dadlı resept - İslaq limonlu keks
Bədən üçün xəzinədir: Mütəxəssislərin israrla tövsiyə etdiyi dünyanın ən sağlam qidası
Ən dəqiq namaz vaxtları

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Cinayətdə şübhəli bilinən 45     nəfər     saxlanıldı