Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14421
az

Kirayə qalanlara şad xəbər: Ev sahibi ola bilərsiniz

16:2011 İyun, 2019
1204
  • A
 
Oxu24.com saytı müraciət edir: Pulsuz REKLAMINIZI bizim saytda yerləşdirə bilərsiniz!-DİQQƏT!

Azərbaycan Prezidenti "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərmanının icrasını təmin etmək məqsədilə bir sıra qanunverici aktlara dəyişiklik edib. Bu dəyişikliklərdə nələr nəzərdə tutulur və nə zamandan vətəndaşlar satın almaq məqsədi ilə kirayə mənzilə sahib ola biləcəklər?

Oxu24.com  xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, son fərman kirayə mənzil fondunun yaradılması ilə bağlı mexanizmin hazırlanmasının yekunlaşdığından xəbər verir: "Bu o deməkdir ki, yaxın zamanlarda artıq vətəndaşlarımız kirayə mənzil üçün müraciət edə biləcəklər.

{banner_reklam}

Yeni fərmanda kirayə mənzilin təklif edilməsi artıq ipoteka ilə əlaqəli bütün qanunvericiliyə daxil olundu və bu da hüquqi bazanın formalaşıb başa çatması anlamına gəlir. Eyni zamanda elektron ipoteka portalında da kirayə mənzillərə müraciət formalaşdırılacaq".

Fondun təklif edəcəyi mənzillər ilə bağlı kirayə yaşayış sahələri barədə ətraflı məlumatın olması (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı, plan-cizgisi, aylıq ödənişi və s.) və bu məlumatlar üzrə istifadəsi sadə olan axtarış imkanının yaradılması həyata keçiriləcək. Burada da məqsəd kirayə mənzilə sahib olmaq istəyən vətəndaşlarımızın zonalar və eləcə də mənzil parametrləri üzrə məlumatları axrarış sistemi vasitəsi ilə əldə etməsidir.

Fondun təklif edəcəyi mənzillər ilə bağlı kirayə yaşayış sahələri barədə ətraflı məlumatın olması (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı, plan-cizgisi, aylıq ödənişi və s.) və bu məlumatlar üzrə istifadəsi sadə olan axtarış imkanının yaradılması həyata keçiriləcək. Burada da məqsəd kirayə mənzilə sahib olmaq istəyən vətəndaşlarımızın zonalar və eləcə də mənzil parametrləri üzrə məlumatları axrarış sistemi vasitəsi ilə əldə etməsidir.

Günün  digər  xəbərləri:  Bakıda dəhşətli qəza: maşın ikiyə bölündü+VİDEO

Bakıda transdan küçənin ortasında biabırçı hərəkət- VİDEO

Azərbaycanda ŞOK! Qızların başını kəsib, ətini ət maşınında çəkən manyakın görüntüsü yayıldı+VİDEO

Ekspert bildirib ki, digər tərəfdən, kirayə müqaviləsi bağlamaq üçün müraciət etmiş şəxsin imkanının kirayə kalkulyatoru vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi üçün kalkulyatorun hazırlanması həyata keçiriləcək.

Evi kirayə götürmək üçün isə aşağıdakı sənədlər tələb olunacaq:

- Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
- Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi;
- Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin iş yerini və gəlirlərini təsdiq edən məlumatlar;
- Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin ailə tərkibi barədə məlumatlar;
- Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi;
- Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin kredit bürolarında saxlanılan məlumatları;
- Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin sosial sığorta ödənişləri barədə məlumatlar;
- Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin məhkumluğunun olması (olmaması) barədə məlumatlar;

"Kirayə evlər üçün müraciət elektron olacaq və müraciətlərə növbəlik əsasında baxılacaq.

Digər vacib dəyişiklik kirayə mənzilə müraciətə yalnız İpoteka və Kredit Zəmanət Fondu vasitəsi ilə deyil həmçinin "ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcəyidir. Vətəndaşlar həmçinin "ASAN xidmət” mərkəzləri vasitəsilə ilədə kirayə evlərə müraciət edə biləcəklər", - deyə ekspert əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur