Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14066
az

Səxavətlilər, simiclər, kərimlər və ləimlər

17:5401 İyun, 2019
683
  • A
Mübarək İslam dininin bizə tövsiyə etdiyi əxlaqi fəzilətlərdən biri - səxavətli olmaqdır. Bu kəlmənin əks mənası paxılllıq, xəsislik və israfdır. İnsan hər bir şeydə mötədil olduğu kimi, səxavət mövzusunda da mötədil olmalıdır. Bu məsələdə ağlına etibar edə bilər. Belə ki, ağlı ona səxavətin xeyirini və faydasını xatırladıb, xəsisliyin pis aqibətini yadına sala bilər. (Tebyan)

Bizim həyata baxışımız əmllərimizə birbaşa təsir qoyar. Əgər həyata baxışımız müsbətdirsə, əməlimiz də gözəl olar. Ancaq əgər gözəl olmazsa, əməlimiz də çirkin olacaqdır.

Oxu24.com deyerler.org-a istinadən bildirir ki, əgər bu baxışlarımızı bir qədər dəyişsək və hər şeyə tövhidi baxışla baxsaq, görərik ki, hər şeyin maliki Allahdır. Biz isə onun əmanətləriyik. Həmin Allah bizə əmr edir ki, nə xəsislik edin, nə də israf. Bunu nəzərə almalıyıq ki, səadətə çatmaq üçün Allahın əmrlərini yerinə yetirməliyik. Əgər xəsisliyin kökünü axtarsaq, görərik ki, Allahı kifayət qədər tanımağağa qayıdır.

Hədislərin birində oxuyuruq: "Simiclikdən çəkinin, çünki simiclik elə bir bəladır ki, azad və imanlı insanda heç bir zaman olmaz. Simiclik imana ziddir".

Bəzən iman zəifliyi bizi simicliyə tərəf çəkər. Əgər insan yəqin etsə ki, bütün bərəkətlər Allahın əlindədir, İlahi vədəyə imanı olsa infaq etməkdə simiclik etməz. Allah infaq etməyə görə çox sayda savab müəyyən etmişdir. Əgər insan bu inancda olarsa, bu zaman infaq etmək də ona rahat olar. İmam Əli (ə) buyurur: "İnsanın əlində olanlara simiclik etməsi Allaha etdiyi sui-zənnə görədir".

Əgər Allahın bizə əta etdiyi nemətlərə diqqətlə baxsaq, görərik ki, bu nemətlər bizim ehtiyacımız olandan daha çoxdur. Ona görə bu nemətdən başqalarını da bəhrələndirə bilərik. Bəzi dar düşüncəli insanlar elə bilir ki, simiclik edərək, sərvət toplaya bilər. Belə fikiləşir ki, əgər infaq etsə, malı azalacaqdır. Bu da xəsisliyin başqa bir amilidir. Bu cür batil düşüncələrdən xilas olmağın yolu budur ki, infaqın fəzilətlərini tanıyaq və onun mal-dövləti azaltmasına deyil, əksinə, artırmasına səbəb olduğunu anlayaq. Eyni zamanda xəsisliyin aqibətinə diqqət edək və bu əməlin əksi olan səxavətə üz tutaq.

Simic insanın rahatlığı olmaz. Həzrət Peyğəmbər (s) buyurur: "Simic insanın rahatlığı başqalarından daha azdır".

İmam Rza (ə) buyurur: "Simiclik insanın abırını bada verər".

Həzrət Peyğəmbər (s) buyurur: "Səxavət - behişt ağaclarından biridir ki, dünyada olan hamı budaqlarına asılmış olar. Ona görə də o kəs ki, səxavətli olar, özünü bu budaqlara asmış olar. Bu budaq da onu behiştə çəkər. Simiclik isə atəşin ağaclarından biridir ki, dünyada olan hamı budaqlarına asılmış olar. O kəs ki, simic olar, özünü onun budaqlarına asmış olar. Bu budaq da onu atəşə tərəf çəkər".

Simic insanın nişanələrindən biri budur ki, bir şeyi bağışlamamaq üçün daima bəhanə gətirər. Ona görə də bir şeyi vermək istəyən zaman əgər bəhanə gətiririksə, bir dəqiqə dayanıb, fikirləşək və ağlımızla vicdanımızı nəfsimizə hakim edək. Bu zaman görərik ki, nəfsimizin bəhanələrinə bir daha qulaq asmırıq. Əlbəttə, bu əməli təmrin etmək lazımdır.

Bəzən şeytanın təkliflərinə tez razı olur və müsbət cavab veririk. Simicliyin dərəcələri vardır ki, ən az dərəcədən başlayar. Get-gedə daha təhlükəli vəziyyətə gəlib çatar. Əlbəttə, simicliyin növü də fərqlidir: gah maddi olur, gah da mənəvi.

Həzrət Peyğəmbər (s) buyurur: "İnsanlar dörd dəstədirlər: bəziləri səxavətlidir, bəziləri kərim, bəziləri simic və bəziləri də ləimdir. Səxavətli o kəsdir ki, malından həm özü istifadə edər, həm də başqalrına bağışlayar. Kərim o kəsdir ki, özü yeməz, başqalarına bağışlayar. Simic o kəsdir ki, ancaq özü istifadə edər və başqalarına bağışlamaz. Ləim o kəsdir ki, nə özü yeyər, nə də başqalarına bağışlayar".

Bu rəzil sifətdən xilas olmaq üçün onun köklərini tapıb aradan qaldırmaq lazımdır. Simic insan həmişə dünyaya bağlı insandır və dünyanı sevər. Ona görə də bu amillə mübarizə aparmalıyıq. Bəzən də uzun arzular insanı sərvət toplamağa vadar edər ki, bu uzun arzuları qısaltmaq lazımdır. Bəzən də övladlara olan sevgi sərvət toplamağa səbəb olar, halbuki, insan bilməlidir ki, Allah hər kəsin ruzisini verər.

Beləliklə deyə bilərik ki, infaq üçün mal və sərvətin çox olması deyil, qəlbin geniş olması şərtdir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Psixoloji şəkil TESTİ: Gələcəyiniziortaya qoyacaq
Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - SİYAHI
Bakının bu əraziləri tezliklə PLANA DÜŞƏCƏK

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO