Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14020
az

Qanı təmizləyən və xərçəngi müalicə edən 6 min illik möcuzəvi resept

19:3131 May, 2019
851
  • A
KRVİ (kəskin respirator virus infeksiyası) və ya KRX (kəskin respirator xəstəlik) - uşaqlar arasında ən geniş yayılmış xəstəlikdir. KRVİ-nin törədiciləri - çoxsaylı viruslardır.

Onlar mürəkkəb struktura malik və həddən artıq müxtəlif növlərə malik oldugundan, insan orqanizmi bu viruslara qarşı immunitet yarada bilmir.

Oxu24.com saglamolun.az-a istinadən bildirir ki, KRVİ öz-özlüyündə o qədər də təhlükəli deyil. Qorxulu olan onun fəsadlarıdır (bronxit, sətəlcəm-pnevmoniya, otit, angina və s.). Ona görə də uşaq KRVİ-yə tutulubsa, bundan qorxmayın, sadəcə lazım olan tədbiri görün. Çünki bütün uşaqlar vaxtaşırı belə infeksiyalara yoluxurlar. Lakin uşaqda KRVİ ildə 4 dəfədən artıq təkrar olunarsa, onu mütləq immunoloqa göstərmək lazımdır.

KRVİ hava-damcı (öskürək, asqırmaq, xəstənin istifadə etdiyi qab-qacaq və digər əşyalarla) vasitəsi ilə keçir.

Xəstəlik hərarətin qalxması ilə başlayır, uşaq baş ağrısından, qol və ayaq əzələlərində ağrılardan şikayət edir, sonra isə asqırmaq, öskürək, zökəm başlayır. Bütün viruslar içində ən təhlükəlisi - qrip virusudur. Onun tez-tez ağır fəsadları olur.

Adətən, KRVİ tənəffüs yollarını zədələyir. Lakin elə hallar da olur ki, (son vaxtlar daha çox olmaqla) xəstəliyin törədicisi olan virus mədə-bağırsaq sisteminin selikli qişasını zədələyir. Bu zaman qusma, ishal, qarında ağrı kimi əlamətlər əmələ gəlir.

Əgər uşağın bədən hərarəti çox yüksək deyilsə (38,50C-dək), onu yatağa uzatmaq mütləq deyil. Bu zaman onu sadəcə, fiziki gərginlik tələb edən oyunlardan uzaqlaşdırmaq lazımdır. Uşağın olduğu otaq kifayət qədər isti (lakin çox isti olmamalı), havası kifayət dərəcədə nəmli olmalıdır. Hər gün otaqda nəm əsgi ilə təmizlik işləri aparılmalıdır. Bu, xəstəliyin törədicisi olan mikroblarla mübarizədə vacib hesab olunur.

Xəstəlik zamanı uşağı zorla yedizdirmək məsləhət olunmur. Belə ki, zorla qidalandırmaq sonda qusmaya da səbəb ola bilər. Qida kobud, kəskin və ədviyyatlı olmamalıdır. Uşağı az-az, tez-tez və imkan daxilində, onun xoşladığı qidalarla yedizdirmək lazımdır.

Xəstə uşaq gün ərzində 1,5 litrə qədər maye qəbul etməlidir. Bu, KRVİ ilə xəstələnmə zamanı orqanizmdəki intoksikasiyaya (baş ağrısı, başgicəllənmə, oynaq, əzələ ağrıları) qarşı mübarizədə yaxşı kömək edir. Uşağa mineral su, limonlu çay, üzüm, itburnu, qaysı qurusundan hazırlanmış dəmləmələr vermək daha çox xeyirli hesab olunur. Uşağa çox şirin maye içizdirməyin. Çünki bu zaman uşaqda köpmə və qarın ağrısı əmələ gələ bilər. Birdəfəyə uşağa çoxlu maye vermək olmaz. Bu, qusmaya səbəb ola bilər.

Hər bir ana uşağında KRVİ olduğunu asanlıqla müəyyən edə bilər. Lakin həkim məsləhətindən imtina edərək uşağı müstəqil şəkildə müalicə etmək, ona müxtəlif dərmanlar (xüsusilə, antibiotiklər) vermək olmaz. Yadda saxlayın ki, bir çox vaxt digər təhlükəli xəstəliklərin əlamətləri də KRVİ simptomları ilə oxşar olur!

İstənilən xəstəlik zamanı bədən hərarətinin yüksəlməsi - immun sistemin təbii reaksiyasıdır. Orqanizm bu yolla infeksiya ilə mübarizə aparır. Bu səbəbdən də qızdırma salan dərmanları yalnız hərarət 38,50C-dən yuxarı qalxdıqda vermək lazımdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qara dəliyin ən aydın görüntüsü çəkildi - Fotolar
Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü
Mənzurə Zaur Kamalı PƏRT ETDİ:

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM