Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13904
az

AZAL-ın işdən qovduğu əməkdaşı transseksualdan üzr istədi

15:1229 May, 2019
742
  • A
 
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) əməkdaşı sərnişinin şəxsi informasiyasını yaydığı üçün üzr istəyib.

Bu barədə aviaşirkətin işdən çıxarılan əməkdaşı Nazilə Muradova Facebook səhifəsində paylaşım edib.

Nazilə Muradovanın statusunu olduğu kimi təqdim edirik:

"Hər vaxtınız xeyir.

Baş vermiş hadisə ilə bağlı post paylaşmag istəyirəm.

25 may 2019cu ildə Facebook səhifəmdə bir vətəndaşın şəxsiyyət vəsiqəsi mənim tərəfimdən paylaşılmışdır və bir müddət sonra onu silmişəm.Qəbul edirəm ki, mənim tərəfimdən edilmiş bu davranış etik baxımdan düzgün deyildi, bunu etməkdə heç bir hüquqa sahib deyildim.Səbəb olduğum bu xoşa gəlməz hadisədə öncəliklə o insandan,cəmiyyətimizdən və həmçinin Azərbaycan Hava Yolları şirketindən çox üzür isteyirəm.Düşünülməmiş bu yalnış davranışıma görə cəzamı aldım.

Qeyd etmək istəyirəm ki, heçvaxt buna oxşar, ya bu şəkildə paylaşmalar etməmiş və cinsi azlıqlara qarşı çıxış etməmişəm.Məni tanıyan insanlar bilirlər ki, cinsi azlıqda olan onsanlara garşı həmişə müsbət yanaşmışam.

REKLAM

adviad.com

Daha ətraflı
Bu məsələni bu şəkildə sosiallaşdıran, o vaxt üçün dostluğumda olan,adını çəkmək istəmədiyim şəxsə müraciyyet etmək istəyirəm.Şəxsi məlumatı paylaşdığım insanı qorumaq sənin vətəndaşlıq haqqındı, və əgər sənin niyyətin mənim bu davranışımı qınamaq idisə,bunu başqa yolla edə bilərdin.Lakin bundan sensasiya yaratmaği seçdin.Nəticədə məndən başqa iki insan işdən azad edildi və həmçinin də Azerbaycan Hava Yollarının reputasiyası qaralandı. Ümumi cəmiyyətimiz hər birimiz qəbul edilmiş ve müvəfəgiyyətli şəxsiyyət olmaq istəyirik.Lakin nece ve hansı yollarla? Bu günkü günümüzdə yaxşıya da pisə də yer var,həyat belə qurulub..Təəssüf ki, bu insan yaxşılığı tez unudub, hansı ki mənim ailəm onun çətin vaxtında ona dəstək olmuşdu. Tanrı hər birimizin hakimidir.

Oki galdı, müxtəlif xəbər portallarında ve facebook səhifələrində mənim şəxsi şəkillərimin paylaşılmağına, sizin bu davranışınızın mənim etdiyimlə nə fərqi oldu?? Siz bir insanın hüquqlarını qorumaq məqsədi ilə başqa insanın hüquqlarını heçə saydınız. Bu cür paylaşımlardan sonra,mənə və ailəmə təhdid və təhqir edici mesajlar almağa başladım. Bu məsələni bu dərəcəyə gətirən "dost",sənə ayrıca "minnətdaram"

P.S. Bir daha üzümü tutub hər birinizin anlayışınıza sığınaraq qeyd etmək isteyirəm ki,hərkəs səhv edəbilər".

Xatırladaq ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) əməkdaşı Nazilə Muradova və digər iki əməkdaş sərnişinin şəxsi məlumatlarını paylaşaraq ciddi səhvə yol verib. Hər 3 əməkdaş dərhal işdən azad olunub.

Bununla bağlı məlumatı AZAL yayıb.

“Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradovanın sosial şəbəkələrdə etdiyi paylaşım cəmiyyətimizdə rezonans doğurub və bununla əlaqədar olaraq, aviaşirkət tərəfindən dərhal daxili araşdırma aparılıb. Araşdırmanın yekunlarına əsasən məlum olub ki, “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradova və digər iki əməkdaş sərnişinin şəxsi məlumatlarını paylaşaraq ciddi səhvə yol verib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Psixoloji şəkil TESTİ: Gələcəyiniziortaya qoyacaq
Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - SİYAHI
Bakının bu əraziləri tezliklə PLANA DÜŞƏCƏK

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO