Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13825
az

Azərbaycanda ŞOK olay: Transın pasportunun şəklini paylaşan Azal əməkdaşı işdən qovuldu

16:5527 May, 2019
1369
  • A
 
Ötən gün “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) əməkdaşı Nazilə Muradovanın sosial şəbəkədə vətəndaşın şəxsiyyət vəsiqəsini paylaşaraq lağa qoyması geniş müzakirələrə səbəb olub.

Oxu24.com  xəbər verir ki, transseksual şəxsin məlumatlarını açıq formada paylaşan əməkdaş onun yaxın zamanda hava yollarının xidmətindən istifadə etdiyini bildirib.

Məsələylə bağlı ictimai fəallar “AZAL”a müraciət ünvanlayıb.  Şirkətdən müraciətə cavab olaraq bildirilib ki, hadisə araşdırılıb və nəticədə şirkətin 3 əməkdaşı işdən azad edilib:

“26 may 2019-cu il tarixində “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradovanın sosial şəbəkələrdə etdiyi paylaşım cəmiyyətimizdə rezonans doğurmuş və bununla əlaqədar olaraq, aviaşirkət tərəfindən dərhal daxili araşdırma aparılıb.

Araşdırmanın yekunlarına əsasən məlum olub ki, “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradova və digər iki əməkdaş sərnişinin şəxsi məlumatlarını paylaşaraq ciddi səhvə yol verib.

Bununla əlaqədar olaraq, hər 3 əməkdaş dərhal işdən azad olunub.

Bu məsələ ilə bağlı sərnişinimizdən və cəmiyyətimizdən üzr istəyirik.

Sözügedən məsələni ictimailəşdirdiyinə və haqlı mövqe nümayiş etdirdiyinə görə cəmiyyətimizə dərin təşəkkürümüzü bildiririk".

Qeyd edək ki, sözügedən şəxslər fotoda vətəndaşın şəxsi məlumatlarını açıq paylaşıblar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Rusiya sülhməramlıları niyə vaxtından əvvəl Qarabağdan getdi? - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı