Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13612
az

“Fuad Abbasov qatı cinayətkarların kamerasında saxlanılır” - Vəkili son məlumatları açdı

20:2823 May, 2019
728
  • A
 Elman Paşayev: "Ağır nəzarət altındadır...”

Hazırda Rusiyada həbsdə saxlanılan jurnalist və hüquqşünas Fuad Abbasovun durumu kritikliyini qoruyur. Bu barədə musavat.com-a açıqlamasında onun vəkili Elman Paşayev məlumat verdi. Vəkil bu dəqiqələrdə jurnalistlə görüşdən çıxıb. Onun dediyinə görə, jurnalist ciddi nəzarət altındadır: "Onu qatı cinayətkarların saxladığı kamerada saxlayırlar. Hər addımı nəzarətdədir. Hər yer müşahidə kamerasıdır. Mənə də onunla görüşü xüsusi müşahidə kamerası olan kabinetdə verdilər”.

Vəkil xatırlatdı ki, F.Abbasov mayın 20-də döyülməsi, fiziki və mənəvi zorakılığa məruz qalması ilə bağlı İstintaq Komissiyasına, eləcə də Moskva prokuroruna müraciət edib. O, istintaq təcridxanasına girəndə döyülməsi ilə bağlı müayinədən keçirilməsini tələb etsə də, bundan imtina edilib: "Ona deyilb ki, buna ehtiyac yoxdur və hər şey keçib gedəcək. Hazırda Fuad birnəfərlik kamerada oturub. Bu da kobud qanun pozuntusudur”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Saxta SİQARETLƏR: məktəblərin qarşısındakı alver, xərçəng riski – EKSPERTLƏR AÇIQLADI
Vətəndaş nikahlarının qadağan olunmasi təklifinə ilahiyyatçılardan cavab - VİDEO
Pəhriz saxlayanda kartof yeməyin: SƏBƏB

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur