Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1360
az

Sabah Abşeronda qaz olmayacaq

20:3103 May, 2018
1769
  • A
Sabah səhər saatlarından Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Oxu24.com Trend-ə istinadən bildirir ki, qaz tənzimləyicinin təmiri ilə əlaqədar, "Müşviqabad" Qaz Paylayıcı Stansiyasında "Sulutəpə-Xırdalan" ölçü qovşağı üzərində quraşdırılmış "Müşviqabad Daxili" ölçü qovşağından qidalanan "Sulutəpə-Xırdalan" orta təzyiqli qaz xəttindən qaz təchizatı 04.05.2018-ci il tarixdə saat 10:00-dan təmir işləri tamamlananadək dayandırılacaq.

Təmir müddətində Abşeron rayonunun, Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək, Çiçək, Şağan və Aşağı Şagan qəsəbələrində, həmçinin Qaçqınlar şəhərciyi ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İB-yi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.



  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sevgisiz yaşamağın üstünlükləri: Subay insanlara paxıllıq etmək üçün 4 səbəb
NATO-nun Baş katibi Ukraynaya söz verilmiş yardımın göstərilmədiyini etiraf edib
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu