Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13559
az

“Eurovision”da nəticələr ləğv olundu: Çingizin balı dəyişdi

23:4622 May, 2019
1265
  • A
 
“Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsinin final gecəsində Belarusun göndərdiyi səslərin düzgün hesablanmaması müzakirələrə səbəb olmuşdu.

“Avroviziya” beynəlxalq musiqi müsabiqəsinin təşkilatçıları yol verilmiş səhvlə əlaqədar yarışmanın yekunu barədə yeni məlumatı tədbirin rəsmi saytına yerləşdiriblər.

“Müğənnilərə və Avropa Teleyayım İttifaqına hörmət əlaməti olaraq, biz yekun nəticələri mövcud qanunlara uyğun düzəltmək istəyirik”, - deyə məlumatda bildirilir.

{banner_reklam}


Yeni hesablamalar əsasında Rusiyanı təmsil edən iştirakçı Sergey Lazarevə əlavə xal verilib. Buna baxmayaraq o, əvvəlki kimi üçüncü pillədə qalmalı olub. Qalib əvvəlki kimi niderlandlı ifaçı Dunkan Lourensdir. Yeni hesablamalardan sonra onun balları 492-dən 498-ə yüksəlib.

İkinci yerin sahibi italiyalı Mahmoodun topladığı xallar 465 baldan 472 xala yüksəlib və o tutuduğu mövqeni qoruyub.İsveçrə altıncı pillədən beşinci pilləyə yüksəlib.

Yeni hesablamalar Azərbaycana da təsir edib. Şimali Makedoniya sıralamada Azərbaycanla yerini dəyişməli olub. Belə ki, Azərbaycan əvvəl  297 xalla yeddinci pillədəydisə, indi 302 xalla səkkizinci pillədə qərarlaşıb. Həmçinin, Belarus 25-ci yerdən 24-cü yerə yüksəlib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qazax sakini buna görə tutuldu