Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13548
az

Azərbaycanda polisə \"hazır ol,\"əmri verildi

20:4022 May, 2019
646
  • A
 
Futbol üzrə UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışacaq.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, daxil işlər orqanlarının şəxsi heyəti mayın 27-dən 31-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.


Əmrdə ölkəmizə gələn əcnəbi qonaqların, turistlərin və azarkeşlərin təhlükəsizliyinin təmini, futbol azarkeşləri üçün Dənizkənarı Milli Parkda yaradılacaq “Fanzone”da, habelə “Sahil” bağı və “Qış Parkı”nda təşkil ediləcək əyləncə məkanlarında asayişin və təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.

Həmçinin, paytaxtda avtomobillərin hərəkətində sıxlığın yaranmaması üçün adekvat tədbirlərin görülməsi, yol hərəkət qaydalarının pozulması, nəqliyyat vasitələrinin müəyyən edilməmiş yerlərdə, o cümlədən səkilərdə saxlanılması hallarının qarşısının alınması təmin olunacaq.

Strateji əhəmiyyətli obyektlərdə, o cümlədən xarici diplomatik nümayəndəliklərin yerləşdiyi ərazilər, qonaqların yaşadıqları məkanların mühafizəsi gücləndiriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
Xalq artistinin qızı nişanını qaytarıb

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ