Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13464
az

Belarusun Azərbaycana verdiyi səsləri kim silib?

18:5120 May, 2019
1473
  • A
 
Ötən həftənin şənbə günü İsrailin paytaxtı Təl-Əviv şəhərində keçirilən “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsinin final gecəsində Belarusun Azərbaycana xal verməməsi müzakirələrə səbəb olub. 

Oxu.Az xəbər verir ki, müsabiqədə təmsilçilərimizin çıxışını hər zaman yüksək xalla qiymətləndirən Belarus bu dəfə Çingizə heç bir xal verməyib.

Belarus münsifləri təkcə Azərbaycana yox, eləcə də, qonşu Rusiyaya qarşı eyni münasibəti sərgiləyib.

{banner_reklam}


Yarışma bitər-bitməz məlum olub ki, jürilər Avropa Yayım Birliyinin (AYB) qaydalarını kobud şəkildə pozublar. Belə ki, onlar yarımfinallardan sonra bir çox mətbuat nümayəndəsinə açıqlama verərək, xal verdikləri ölkələrin adlarını açıqlayıblar. Bu da öz növbəsində yarışmanın qaydalarına ziddir.

Final günü qaydaları pozan münsiflər (“Avroviziya-2019”da Belarus tərəfindən münsiflər heyətinin tərkibində Valeriy Priqun, Anqelina Mikulskaya, Olqa Rıjıkova, Artyom Mixalenko və Anastasiya Tixanoviç olub - red.) heyətində dəyişikliklər olub. Onların verdiyi xallar siyahıda ən az xal gələn ölkələr arasında bölüşdürülüb. Belarus heç kəsin gözləmədiyi anda 12 balı ev sahibi İsrailə göndərib. 

Nəticələr dəyişdirilməmişdən öncə isə Belarusun Azərbaycan, Rusiya, Çexiya, İtaliya və digər ölkələrə səs verdiyi məlum olub. Lakin baş verən xoşagəlməz hadisədən sonra xallar ləğv olunub.

Məşhur musiqi prodüseri Viktor Drobış yaşanan qalmaqalla bağlı Avropa Yayım Birliyini məhkəməyə verəcəyi barədə məlumat yayıb.

Drobiş Rusiya mətbuatına verdiyi müsahibəsində bunları söyləyib:

“Avropa Yayım Birliyini məhkəməyə verməyə hazırlaşıram. Çünki onlar Rusiyanın Belarusla olan münasibətlərinə böyük zərbə vurub. Bu hadisə məni rus xalqı ilə düşmənə çevirdi.

Səsvermənin ilkin nəticələrinə əsasən, Belarus 12 xalını Rusiyaya, 10 xalını Niderlanda, 8 xalını Norveçə, 7 xalını İslandiyaya, 6 xalını Azərbaycana, 5 xalını Sloveniyaya, 4 xalını İsveçrəyə, 3 xalını İtaliyaya, 2 xalını Avstraliyaya, 1 xalını isə San-Marinoya verməli idi. 


Qeyd edək ki, “Avroviziya-2019” yarışmasının qalibi Niderland təmsilçisi Dunkan Laurens olub. Dunkan 492 səslə ölkəsinə “Avroviziya” sevinci yaşadıb. Azərbaycan təmsilçisi Çingiz Mustafayev 297 xalla 7-ci yerdə qərarlaşıb.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

Xankəndidə doğulan ilk körpənin valideynləri Su Ehtiyatları Agentliyinin əməkdaşlarıdır

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanıldı