Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13394
az

Dua, insanın sağlamlığına müsbət fiziki təsir göstərir

19:3818 May, 2019
480
  • A
Dua - möminin silahı və ruhun qidasıdır. Fərqi yoxdur ki, kimin üçün dua edirsiniz. Özünüz üçün, yoxsa başqaları üçün. O zaman ki, insan xəlvətə çəkilər və zehnini hər bir məşğuliyyətdən təmizləyib, Allahla raz-niyaz edər - bütün bu əməllər onun həm cisminə və həm də ruhuna müsbət təsirlər qoyar.

Duanın cismə və ruha qoyduğu faydalar:

1. İnsanın özünü kontrolu gücləndirər. Alimlərin dediyinə görə, bizim idrak enerjimiz, cismi erejimiz kimi məhduddur. Biz bunu günün sonunda müşahidə edirik. Görürük ki, artıq heç bir iş görməyə qüdrətimiz çatmır. Aparılan tədqiqatlar göstərmişdir ki, dua və ibadət yorğunluq ilə mübarizə apara bilər. Bu tədqiqatda insanlar gündəlik işlərini görməzdən əvvəl bir qədər dua və ibadət edərdilər.

Günün sonunda görərdilər ki, gün ərzində yerinə yetirdikləri işləri ən yaxşı şəkildə görüblər və yorğunluqları da çox az həddədir.

2. Rabitələri gücləndirər. Dua, bizim rabitələrimizə də təsir qoya bilər. Tədqiqatlar göstərmişdir ki, o zaman insan başqası haqqında dua edir, həmin şəxsə qarşı sevgi və məhəbbət hissi güclənir. Ona görə də dinimiz tövsiyə edir ki, həyat yoldaşları, din qardaşları bir-birinə görə dua etsinlər. Nəticədə dua insanları bir-birinə yaxınlaşdırar və aralarında olan anlaşılmazlıqları aradan aparar.

3. Stressə qalib gəlməyə yardım edər. Aparılan tədqiqatlar göstərmişdir ki, yaşları yuxarı olan insanların 96%-i dua vasitəsilə stressə qalib gəlirlər. Oxu24.com deyerler.org-a istinadən bildirir ki, bu insanlar arasında dua - sağlamlıqlarını qorumaq üçün ən yaxşı dərmandır.
4. Bədənin ümmun sistemi gücləndirər. Aparılan tədqiqatlar göstərmişdir ki, dua və ibadət, bədəndə viruslarla mübarizə aparan genləri fəallaşdıra bilir və bu yolla immun sistemini gücləndirir.

5. Ağrını kontrol etməyə yardım edir. Aparılan tədqiqatlar göstərmişdir ki, dua insanın ağrısının azalmasına yardım edir. O kəslərin ki, miqren xəstəliyi vardır, gün ərzində 20 dəqiqə dua etdikdən sonra ağrıları azalmış və öz ağrılarını özlərini kontrol etməyi bacarmışdılar.

6. Ömrün uzanmasına səbəb olar. 4000 nəfər ahıl insanın iştirakıyla aparılan tədqiqatlar göstərmişdir ki, o kəslər ki, davamlı olaraq ibadətlə məşğul olurlar, xəstəliklərlə daha yaxşı mübarizə apara bilirlər. Ona görə də başqalarına nisbətdə daha uzun ömür sürürlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur Azərbaycan xalçaları barədə bilinməyənlər - VİDEO
Millət vəkilinə ağır itki
Hüseyn tanınmış azərbaycanlı idmançıya LÜKS AVTOMOBİL HƏDİYYƏ ETDİ - VİDEO - FOTO

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur