Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13289
az

Emin 444 qətlini sifariş verən kimdir? - DOSYE

12:2916 May, 2019
1832
  • A
 
"Emin 444" ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərovun qətlində adı sifarişçi kimi keçən kikboks üzrə dünya çempionu Zaur Yusifov həbs olunub.

Oxu24.com -un  məlumatına görə, Zaur Yusifov 1984-cü il yanvarın 1-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.

O, 15 yaşından kikboksinqlə məşğul olub. Yusifov bir sıra mötəbər yarışlarda qalib və mükafatçı adını qazanıb. Zaur kikboksinq üzrə iki dəfə Azərbaycan çempionu, respublika turnirinin qalibi, 2005-ci ildə Avrasiya çempionu adını qazanıb.


Zaur Yusifov 2013-2017-ci ildə Miqrasiya Xidmətinin Bakı Regional İdarəsində inspektor vəzifəsində işləyib. 2017-ci ildə Dövlət Miqrasiya Xidmətindəki işinə xitam verilib. Zaur Yusifov 3-cü dərəcəli miqrasiya xidməti qulluğçusu rütbəsini daşıyıb.

Gənclər və İdman Nazirliyi tərəfindən “Əməkdar İdman Ustası” adına layiq görülüb.

Onu da bildirək ki, Z. Yusifov “ZZ” Kikboksinq Klubunun Prezidentidir.


Xatırladaq ki, mayın 10-na keçən gecə Binəqədi rayonunda, 6-cı mikrorayonun İsrafil Həşimov küçəsində əvvəllər məhkumluğu olan Səfərov Emin Ehtiram oğlu qətlə yetirilib.


Bakıda kriminal dairələrdə “Emin 444” və “Emin Massalinksi” ləqəbləri ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlində altı nəfər iştirak edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Füzulidə 3 otaqlı ev yandı
Bakıda evdə meyit tapıldı

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Paytaxt sakini Ağsuda narkotiklə saxlanıldı