Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13277
az

Həyəcanlı xəbər:"Günəşdəki qasırğa planetimizin maqnit sahəsini silkələyib"

10:0016 May, 2019
501
CƏMİYYƏT
  • A
 
“Maqnit qasırğası nəticəsində Yer kürəsində ciddi fəsadlar baş verməyib”.

Bunu Günəşdə baş verən maqnit qasırğası ilə bağlı Redaktor.az-a açıqlamasında Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov bildirib.

Onun sözlərinə görə, qasırğa may ayının 13-dən 14-nə keçən gecə baş verib:

“Günəşdə baş verən maqnit qasırğası impuls şəklində olub. Ən güclü vaxtı 14-ü günorta saatlarında yaşanıb. Hazırda Günəşdə tam sakitlikdir. Yer səthində təlatüm prosesi tam dayanıb. Bildiyim qədərilə, maqnit qasırğası nəticəsində ciddi fəsadlar baş verməyib. 5 ballıq şkalada gücü 3 bal olub. Bu, kifayət qədər güclüdür. Son 2 ildə ən güclü maqnit qasırğalarından biri sayılır.

Hər 11 ildən bir Günəşdə maqnit aktivliyi maksimum olur. Minimum həddən yavaş-yavaş çıxdıqca, ilk günəş sistemində ləkələr meydana gəldi. Güclü maqnit sahələrinin qısa qapanması nəticəsində güclü alışmalar olur. Budəfəki qasırğa yerə tuşlanmış şəkildə olduğuna görə, planetin maqnit sahəsini silkələdi”.

Qeyd edək ki, ötən gün Günəşdə güclü maqnit qasırğası olub. Bu, son 1,5-2 il ərzində ən güclü qasırğa sayılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
Məşhur Azərbaycan xalçaları barədə bilinməyənlər - VİDEO

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur