Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13246
az

Qarabağda yüzlərlə insanı ölümdən qurtaran həkim vəfat etdi - FOTO

16:2315 May, 2019
377
  • A
 

Azərbaycan Respublikasının əməkdar həkimi, tibb elmləri namizədi Əvəz Səməd oğlu Zeynalov vəfat edib.

Publika.az xəbər verir ki, uzun illər tibb sahəsində cərrah kimi çalışmış Ə.Zeynalov xəstəlik səbəbindən 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əvəz Zeynalov 22 dekabr 1935 -ci ildə Laçın rayonunun Aşağı Fərəcan kəndində anadan olub.

1955-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. 1969-1974 -cü illərdə Kiyev Dövlət Tibb Universitetində aspirantura təhsili alıb.

1988- ci ildən Laçın rayon mərkəzi xəstəxanasının baş cərrahı olub, 1500-dən çox cərrahiyyə əməliyyatları aparıb. Həmçinin Qarabağ müharibəsində yüzlərlə ağır yaralanmış döyüşçünü yenidən həyata qaytarıb. Onlarla qaçqın, köçkün və əlacsız xəstələri təmənnasız müalicə edib.

1992- ci ilin iyul ayından 2011- ci ilin avqust ayına qədər Bakı şəhəri Əfəndiyev adına 4 saylı klinik xəstəxanasında növbətçi cərrah vəzifəsində çalışıb.

Allah rəhmət eləsin.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qazancımızın çoxunu niyə ərzaq məhsullarına xərcləyirik? - Ekspert
Maksimal bal toplayanların adları - SİYAHI
Güclü külək bu rayonda fəsadlar törətdi - FOTO

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO